Biləsuvarda baş verən qəzada 4 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda baş verən qəzada 4 nəfər xəsarət alıb

17:33 - Bu gün
Biləsuvarda baş verən qəzada 4 nəfər xəsarət alıb

Biləsuvarda iki maşın toqquşub, xəsarət alanlar var.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə yeni Ələt–Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkətdə olan “Mercedes” və “Rexton” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində “Rexton” markalı avtomobildə olan Qubadlı rayon sakinləri olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

“Mercedes” markalı avtomobildə olan bir nəfər isə topuq nahiyəsindən xəsarət alıb. Həmin şəxsə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər