Ombudsman Aparatından uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı VİDEOÇARX | 1news.az | Xəbərlər
Cəmiyyət

Ombudsman Aparatından uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı VİDEOÇARX

Qafar Ağayev16:16 - 25 / 03 / 2026
Ombudsman Aparatından uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı VİDEOÇARX

Uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə işinin aparılması Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir.

1news.az xəbər verir ki, Ombudsmanın təşəbbüsü ilə rəqəmsal mühitin uşaqlar üçün yaratdığı təhlükələr barədə ictimai məlumatlılığın artırılması və bu sahədə hüquq pozuntularının qarşısının alınması məqsədilə maarifləndirici videoçarx hazırlanıb.
Videoçarxda uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı valideynlərin və ümumilikdə cəmiyyətin məlumatlılığının artırılmasının, uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunmasına nəzarətin gücləndirilməsinin əhəmiyyəti əks olunub.

Paylaş:
601

Son xəbərlər

Nikahların sayı azalıb

14 / 04 / 2026, 17:45

Türkiyədə zəlzələ oldu

14 / 04 / 2026, 17:09
Bütün xəbərlər