Fuad Qəhrəmanlı istefa verdi | 1news.az | Xəbərlər
Siyasət

Fuad Qəhrəmanlı istefa verdi

21:28 - 20 / 09 / 2019
Fuad Qəhrəmanlı istefa verdi

Fuad Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini vəzifəsindən istefa verib.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbər əsasən, o, bu barədə özünün feysbuk hesabında yazıb.

"Dostlar, mənimlə bağlı yaranmış vəziyyəti bəhanə edərək ACXP-yə qarşı səlib yürüşünə keçiblər. Hər zaman AXCP və onun lideri Əli Kərimli mənim üçün siyasi fəaliyyətimin mənası, məhvəri olub. Ona görə də nə liderimə, nə də ki, AXCP-yə bir ziyan dəyməməsi üçün hər zaman hər cür fədakarlığa hazır olmuşam. Barəmdə deyilən ittihamlar təhrif olunub və mən həbs olunmazdan 4- 5 il öncə konfliktli situasiya zəminində qısa müddətli ailədaxili münaqişə yaşamışam. Bu baş verənlərə görə də peşmanam. Bu zaman yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb və Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub.

Ancaq bundan sonra Zümrüdlə 5 illik birgə həyat sürməklə, biz əslində o dönəmin yaralarını sarmışdıq. Selcanın statusunda qeyd etdiyi fikirlərlə bağlı polemikaya girməyi mənəvi baxımdan özümə uyğun görmədiyimdən, onunla bağlı gerçək motivləri də aydınlaşıdırmağı doğru saymıram.

Bütün bunlara rəğmən mən indiki halda öz haqlılığımı deyil, AXCP-nin nüfuzunu əsas götürərək, AXCP sədrinin müavini postundan istefa verirəm", - deyə siyasətçi bildirib.

Qeyd edək ki, ötən gün Fuad Qəhrəmanlının qızı Selcan Yağmur şəxsi feysbuk hesabında paylaşım edərək, atasından imtina etdiyini bildirib.

O, bu addımı atası tərəfindən özünə və anasına qarşı şiddət gördüyünü üçün atdığını qeyd edib. Selcanın statusu sosial şəbəkədə ciddi rezonans doğurub.

Bundan sonra Fuad Qəhrəmanlı ciddi tənqidlərə məruz qalıb.

1news.az

Paylaş:
1890

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər