1news.az

Kəlbəcərə ayaq basan ilk hərbçilərimiz - VİDEO

25 Noyabr saat 12:03 bir dəqiqəlik oxu 2110
Kəlbəcərə ayaq basan ilk hərbçilərimiz - VİDEO

Bu gün işğaldan azad edilən Kəlbəcər rayonuna ilk ayaq basan əsgərlər sevinclərini bölüşüblər.

1news.az xəbər verir ki, Kəlbəcərə yola düşən əsgərlər deyiblər ki, sevindiklərindən səhərə qədər yatmayıblar.

Gecə saatlarından başlayaraq Azərbaycan ordusunun hərbi texnikası və canlı qüvvəsi Kəlbəcər rayonu ərazisinə yerləşdirilib.

Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Vaqif Dərgahlı bildirib ki, Azərbaycan ordusunun bölmələri iki istiqamətdən - Göygöl və Daşkəsən rayonu ərazisindən Kəlbəcərə daxil olaraq öz mövqelərini tutacaqlar.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net