Milli Məclisin rəhbərliyi deputatı tənqid etdi: Həmkarlarınızı regionlara bölməyə cəhd etdiniz | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin rəhbərliyi deputatı tənqid etdi: Həmkarlarınızı regionlara bölməyə cəhd etdiniz

15:36 - 31 / 05 / 2020
Milli Məclisin rəhbərliyi deputatı tənqid etdi: Həmkarlarınızı regionlara bölməyə cəhd etdiniz

Milli Məclisin rəhbərliyi deputat Vahid Əhmədovu tənqid edib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədovun çıxışına cavab verərkən deyib: "Çox təəssüf olsun ki, siz buradakı çıxışınızda həmkarlarınızı regionlara bölməyə cəhd etdiniz”.

Onun sözlərinə görə, zalda oturan deputatlar əli silahlı döyüşən Elman Məmmədovdan tutmuş sözü ilə beynəlxalq təşkilatlarda mübarizə aparan Tural Gəncəliyevə qədər hər kəs özünü qarabağlı kimi hiss edir: “Hər kəs burada Qarabağın deputatıdır. Siz burada haqsız yerə Ali Baş Komandanın tapşırıqlarını şərəflə yerinə yetirən, Aprel zəfərimizdə xüsusi xidmətləri olan Müdafiə nazirini və nazirliyin fəaliyyətini şübhə altına qoymağa cəhd etmisiniz. Bu baxımdan, birmənalı olaraq bildirirəm, nəinki Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar, bitərəflər və digər siyasi partiyaların üzvləri də bu mövqedədirlər ki, biz hansısa şəxsi maraqlarımız naminə ümumdövlət, Dağlıq Qarabağ məsələsi və müdafiə kimi məsələlərdə heç zaman başqa mövqe tutmalı deyilik”.

Milli Məclisin Sədri Sahibə Qafarova da çıxış edərək Əli Hüseynlinin fikri ilə onun və müavinlərinin fikrinin eyni olduğunu bildirib.

1news.az

Paylaş:
453

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər