Mübariz Əhmədoğlu: KTMT nizamnaməsinə edilən dəyişikliklər Ermənistanın bu qurumdan çıxmasına səbəb ola bilər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: KTMT nizamnaməsinə edilən dəyişikliklər Ermənistanın bu qurumdan çıxmasına səbəb ola bilər

10:05 - 17 / 09 / 2019
Mübariz Əhmədoğlu: KTMT nizamnaməsinə edilən dəyişikliklər Ermənistanın bu qurumdan çıxmasına səbəb ola bilər

Ermənistanın zamanın KTMT qarşısında qoyduğu təhdidləri nəzərə almaması, fərdi yanaşması isə KTMT-nin Nizamnaməsinin preambulasının I və VI bəndlərinin, eləcə də VIII və IX maddələr daxil olmaqla bir neçə maddəsinin pozulmasına gətirib çıxaracaq.

Nəticədə Nizamnamənin XX maddəsi işə düşəcək: Əvvəlcə Ermənistanın fəaliyyəti dayandırılacaq. Ermənistanın Nizamnaməyə əməl etməməsi davam edərsə KTMT-dən xaric ediləcək. Nizamnaməyə görə bu səsvermələrdə Ermənistan iştirak edə bilməz.

Ermənistan isə tam əmindir ki, qərarlar konsensusla qəbul olunur və Azərbaycanın bu qurumda müşahidəçi olmasına icazə verməyəcək. Ermənistanın anti-Azərbaycan fəaliyyəti birmənalı şəkildə KTMT-nin səmərəliyinin azalmasına yönələn kimi Ermənistan KTMT-dən uzaqlaşdırılacaqdır.

Buna isə kifayət qədər digər əsaslar da  var. Ermənistan KTMT-yə demək olar ki, heç bir töhfə verməyib. Üzv olduğu qurum KTMT olduğu halda Ermənistan NATO missiyası ilə keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib. Müqayisə etsək KTMT-yə ayrılan resurs heç 10 faiz təşkil etmir.

Əfqanıstanın Mərkəzi Asiya regionlarındakı sərhədlərindən tutmuş Şimali Qafqaz, Rusiya və Azərbaycan sərhədlərinə qədər ərazisi İŞİD terrorçularının diqqət mərkəzindədir.

Ermənistan və Ermənistanın mənsub olduğu coğrafiyada da KTMT-yə təhdid kimi qəbul edilən məsələlər var:

I. KTMT rəhbərliyi, o cümlədən RF rəsmiləri bir neçə dəfə bəyan etdilər ki, Yaxın Şərq regionundan terrorçular qaçqın adı ilə KTMT ərazisinə daxil olublar. Yeganə üzv dövlət Ermənistandır ki, onun ərazisinə Suriyadan qaçqınlar daxil olub. Onların bir qismi Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilib

II. İslam radikalizminin Ermənistana daxil olma ehtimalı böyükdür, bunun artıq əlamətləri görünür və Ermənistan rəhbərliyi özü bu mövzuda danışır.

III. Radikal islamçılığı qəbul etmiş, milliyyətcə erməni Rusiyanın Ermənistandakı hərbçilərindən birini öldürdü.

IV. Erməni mətbuatının yazdığına görə İran-Ermənistan sərhədinin Arazqırağı hissəsi, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın 2 vətəndaşı İrandan Dağlıq Qarabağa narkotika keçirmək istəyərkən yaxalanıb.

Ermənistan KTMT-nin müasir tələblərini yerinə yetirməkdə acizdir.

Ermənistan terrorçular üçüm kifayət qədər cəlbedici dövlətdir. Çünki Ermənistanda İD-kart, xarici pasport açıq satışdadır və bunu da terrorçular bilirlər. Terrorçular Ermənistan ərazisinə gələrək dünyanın digər dövlətlərinə, o cümlədən Rusiyanın ərazisinə girmək üçün sənəd əldə edə bilərlər.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
629

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər