Anar Quliyev: Bakı 2040-cı ilədək çoxmərkəzli şəhərə çevriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Anar Quliyev: Bakı 2040-cı ilədək çoxmərkəzli şəhərə çevriləcək

Qafar Ağayev11:44 - Bu gün
Anar Quliyev: Bakı 2040-cı ilədək çoxmərkəzli şəhərə çevriləcək

“Bakı şəhərinin 2040-cı ilədək inkişafı çoxmərkəzli şəhər modelinin formalaşdırılması üzərində qurulacaq”.

1news.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) çıxışı zamanı deyib.

O bildirib ki, çoxmərkəzli şəhər modeli rəqabətədavamlı və gələcəyin tələblərinə cavab verən şəhərlərin formalaşdırılmasının mühüm istiqamətlərindən biridir.

“Bu yanaşma xüsusilə Bakı nümunəsində özünü aydın göstərir. 2040-cı ilədək Bakı şəhərinin Baş Planında əsas mərkəzlə yanaşı, regional və yerli köməkçi mərkəzlərin formalaşdırılması, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və yaşıl şəbəkələrin inkişaf etdirilməsi nəzərdə tutulur. Beləliklə, daha əlaqəli və balanslı şəhər modeli yaradılacaq”, - deyə A.Quliyev qeyd edib.

Komitə sədri vurğulayıb ki, Bakı şəhərinin 212,3 min hektarlıq inzibati ərazisini əhatə edən Baş Plan yeni şəhər ərazilərinin inkişafı, mövcud ərazilərin yenilənməsi və investisiya imkanlarının genişləndirilməsi üçün uzunmüddətli çərçivə müəyyənləşdirir.

Onun sözlərinə görə, əsas məqsəd yalnız şəhərin böyüməsini təmin etmək deyil, həm də bu inkişafın keyfiyyətini və strukturunu düzgün formalaşdırmaqdır.

A.Quliyev əlavə edib ki, bu prosesin əsas istiqamətlərindən biri keçmiş sənaye zonalarının yenidən şəhər həyatına qazandırılmasıdır.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər