Dövlət başısı: Sabitlik Azərbaycanda artıq 30 ildən çoxdur ki, davam edir
“Azərbaycanın əsas rəqabət üstünlüklərindən biri siyasi və iqtisadi sabitlikdir”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan siyasi, iqtisadi və nəqliyyat baxımından böyük Mərkəzi Asiya regionunun bir hissəsidir.
"Nəqliyyatın idarə edilməsinin rəqəmsallaşdırılması, gömrük idarəçiliyi, Azərbaycandakı tənzimləmə qaydalarının investorlar üçün çox aydın və başa düşülən olması — bütün bunlar mövqeyimizi daha da gücləndirəcək", - Prezident deyib.
İlham Əliyev vurğulayıb ki, regiondakı geosiyasi vəziyyət dəyişsə və əvvəlki vəziyyətinə qayıtsa belə, Azərbaycan tədarük baxımından cəlbedici olmalıdır.
"Çünki müasir dünyanın ən mühüm amillərindən biri, xüsusilə də bugünkü dünyada, siyasi və iqtisadi sabitlikdir. Bu sabitlik Azərbaycanda artıq 30 ildən çoxdur ki, davam edir", - dövlət başçısı bildirib.












