İlham Əliyev: Azərbaycanın gələcək inkişafının əsas ilkin şərti indiyədək görülmüş işlərdir | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Azərbaycanın gələcək inkişafının əsas ilkin şərti indiyədək görülmüş işlərdir

Qafar Ağayev09:22 - Bu gün
İlham Əliyev: Azərbaycanın gələcək inkişafının əsas ilkin şərti indiyədək görülmüş işlərdir

“Yeni ötürücü xətlər Azərbaycanın gələcək iqtisadi inkişafının mühüm hissəsi ola bilər”.

1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.

Dövlət başçısı elektrik enerjisinin əlavə gücündən istifadənin iki əsas istiqamətinin olduğunu qeyd edib.

"Biz, şübhəsiz ki, iki istiqamətə baxırıq: birinci, süni intellekt (AI) məlumat mərkəzləri ilə əlaqədar daxildə maksimum dərəcədə necə istifadə etmək və necə ixrac etmək", - Prezident deyib.

İlham Əliyev bildirib ki, Azərbaycanın ötürücü xətləri var, lakin onlar kifayət etmir.

"Ona görə də indi biz yeni ötürücü xətlər üzərində işləyirik, mövcud olanları genişləndirir, yenilərini tikirik. Beləliklə, bu da gələcək iqtisadi inkişafın mühüm hissəsi ola bilər", - dövlət başçısı vurğulayıb.

Prezident böyük potensiala malik sahələr arasında dağ-mədən sənayesini də qeyd edib.

"Bir neçə gün əvvəl dağ-mədən sənayesi üzrə dövlət proqramı qəbul edilib. Bu, çox aktivlik yaradacaq 4 illik çox qısamüddətli proqramdır", - İlham Əliyev bildirib.

Dövlət başçısı neft-qaz sektorunun da Azərbaycanın iqtisadiyyatında mühüm rol oynamağa davam edəcəyini deyib.

"Bu il bir çox müqavilələr imzalanıb və bu gün də imzalanacaq. Beləliklə, neft və qaz iqtisadiyyatımızda üstünlük təşkil etməyə və yenidən investisiya olunacaq sərvət yaratmağa davam edəcək", - Prezident qeyd edib.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər