Yardımlıda 16 kiloqram narkotik vasitə və 1340 ədəd həb aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yardımlıda 16 kiloqram narkotik vasitə və 1340 ədəd həb aşkarlanıb

First News Media10:58 - Bu gün
Yardımlıda 16 kiloqram narkotik vasitə və 1340 ədəd həb aşkarlanıb

Yardımlı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

1news.az xəbər verir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş V.Şahbazov, İ.Abışov və N.Məmmədli saxlanılıblar.

Həmin şəxslərdən ümumilikdə 16 kiloqram narkotik vasitə və 1340 ədəd narkotik tərkibli həb aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda araşdırma aparılır.

 

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər