1news.az

Sabah yağış yağacaq - Proqnoz

21 Oktyabr saat 13:26 ~ 1 dəqiqəlik oxu 870
Sabah yağış yağacaq - Proqnoz

Oktyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, oktyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Oktyabrın 22-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-7, gündüz 14-18 dərəcə isti olacaq.

Oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net