Span-a Azərbaycan üçün Lisenziyalı Həll Təminatçısı statusu (LHT) verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Span-a Azərbaycan üçün Lisenziyalı Həll Təminatçısı statusu (LHT) verilib

10:38 - 28 / 03 / 2020
Span-a Azərbaycan üçün Lisenziyalı Həll Təminatçısı statusu (LHT) verilib

Microsoft, Span şirkətinin davamlı beynəlxalq genişlənməsini, dəyərli bulud xidmətləri təminatçısı, bundan başqa Microsoft şirkətinin ölkəmizdə olan yalnız üç tərəfdaşlarından biri kimi tanınmasını nəzərə alaraq, Span-a Azərbaycan üçün Lisenziyalı Həll Təminatçısı statusunu (LHT) verib.

Span, bütün qitələrdə yüksək keyfiyyətli layihələr təqdim edən, 100-dən artıq beynəlxalq bazarda 27 ildən çox təcrübəyə malik, geniş tanınmış nüfuzlu beynəlxalq şirkətdir.

Span haqda bir neçə söz

Baş ofisi Xorvatiyada yerləşən Span beynəlxalq İT şirkətidir. Şirkətin Böyük Britaniya, ABŞ, Sloveniya, Çexiya, Almaniya, Azərbaycan və Ukraynada ofisləri mövcuddur. Span-ın biznes səfəri 1993-cü ildə Zaqrebdə yerləşən kiçik bir mağazada başlayıb. Şirkət tez bir zamanda hazırda bildiyimiz, Xorvatiyanın Microsoft Qızıl Sertifikatlaşdırılmış Həllər Təminatçısı və beynəlxalq İT şirkətinə çevrilmişdir. Span dünyanın 6 qitəsində 1500-dən çox müştəridən ibarət bazaya malikdir. Onlar, Microsoft Dynamics enterprise məhsullarını tətbiq etməklə iri telekommunikasiya şirkətlərinə məsləhət xidmətləri göstərərək Azərbaycan bazarında artıq 3 ildir ki, fəaliyyət göstərirlər. Şirkət, yüksək keyfiyyətli peşəkar xidmətlər toplusu, informasiya sistemlərinin layihələşdirilməsi və işlənib hazırlanması, həmçinin Azərbaycanda müştərilərinə operativ dəstəyin göstərilməsini vəd edir.

Span-ın Azərbaycan müştəriləri üçün unikal dəyəri

Span komandaları artıq bir çox dünya şöhrətli şirkətlərin (McDonald's Corporation, Rolls Royce Marine Group, Reyes, OSI, Tate & Lyle PLC, Adris Group və digərləri) etibarlı məsləhətçiləri kimi, onların rəqəmsal transformasiyası proseslərində iştirak etmiş və hal-hazırda yerli müəssisələrin rəqəmsal səyahətlərində kömək etməyə hazırdırlar. Span əmindir ki, Azərbaycanda olan şirkətlər bizneslərinin daha gəlirli olmasına və ən tələbkar müştərilərin belə tələbatını ödəməyə kömək etmək üçün innovativ həllər tətbiq etməyə hazırdırlar. Span inanır ki, rəqəmsal biznesin transformasiyası sahəsində beynəlxalq təcrübəyə malik etibarlı İT tərəfdaşın, yerli biznesin ənənəvi formadan müasir avtomatlaşdırılmış həllər toplusuna effektiv çevrilməsində böyük töhfəsi olacaq.

Əsas istiqamətlər

Spanın biznes əməliyyatları dörd əsas sütun üzərində qurulub: həllər üzrə məsləhət xidmətləri (infrastruktur / bulud-multibulud), həllərin və xidmətlərin idarə edilməsi (dəstək), xüsusiyyətli rəqəmsal məhsullar (proqram təminatı) və lisenziyalı məhsullar. Müxtəlif beynəlxalq şirkətlərlə əməkdaşlıq sahəsində çoxillik təcrübəyə və əhəmiyyətli biliyə malik olan şirkət bu komponentləri biznesin yeni çağına səmərəli keçidin əsas amilləri hesab edir. Şirkət, məlumatların qorunması və kibertəhlükəsizliyə ciddi diqqət yetirir. Span şirkətinin əsas səlahiyyətləri, məhsulları və xidmətləri bunlardır: Bulud Köçürmələri - geniş miqyaslı (10000+Obyekt) və beynəlxalq müştərilərə yönəlmişdir; IT infrastrukturun konsolidasiyası və inteqrasiyası; CRM-həllər; yüksək səviyyəli korporativ həllərin hazırlanması; koqnitiv Xidmətlər, Maşın təlimi, robotlaşdırma-süni intellektə əsaslanan müxtəlif sistemlərin yaradılması və yerləşdirilməsi; Əməliyyat dəstək xidmətləri (monitorinq və İdarəetmə); təhlükəsizliyin idarə edilməsi mərkəzi (SOC); ofisdaxili proqnozlaşdırılmış analitik və quraşdırılmış süni intellekt komponentlərindən istifadə edilən müştəri xidmətləri həlli. Müştəri xidmətləri həllinin köməyi ilə müştərilərinə bir tətbiq vasitəsilə 25 illik İTSM təcrübəsi təqdim edilir.

Azərbaycan bazarı üçün qısamüddətli planlar

Span mütəxəssislərinin mövzu ilə bağlı söylədikləri bunlardır: "Birinci məqsədimiz, Span'ın təhlükəsiz qabaqcıl bulud texnologiyalarının yerləşdirilməsi və tətbiqi sahəsindəki geniş beynəlxalq təcrübəsini ötürmək və xüsusi müəssisə həllərimizi müştərilərimizə təqdim etməkdir. Biz daim müştərilərimizə əqli mülkiyyətə yatırdıqları sərmayelərdən maksimal dəyər əldə etməyə, onların proqram təminatlarının məhsuldarlığını artırmaqla, gündəlik əməliyyatları optimallaşdırmaqla və öz datalarına dair məlumatlar əldə etməklə işləmələrinə yardım etməyə hazırıq. Hər bir halda düzgünlük və təhlükəsizliyi qorumaq bizim üçün çox vacibdir".

Reklam hüququnda

Paylaş:
2342

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər