1news.az

Sumqayıtda zavodda yanğın olub: xəsarət alanlar var

7 Avqust saat 13:30 ~ 1 dəqiqəlik oxu 3740
Sumqayıtda zavodda yanğın olub: xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın "Azərkimya" İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Yanğında 8 nəfər xəsarət alıb. Onlardan 6-sı Bakıya gətirilib. Biri isə Sumqayıtda Təcili Tibbi Xəstəxanasına yerləşdirilib.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının tam söndürülməsi istiqamətində işlər aparılır. 

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Trend-ə bildirib ki, yanğın istehsalatla bağlı yaranmayıb:

"Bir müddət öncə həmin zavodda istehsal prosesi dayandırılıb və təmir işləri görülür. Yanğının təmir işləri ilə zamanı yarandığı güman edilir. Yanğın zamanı SOCAR-ın və orada çalışan podratçı şirkətin bir neçə nümayəndəsi xəsarət alıb".

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net