1news.az

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Azərbaycana keçib

14 Oktyabr saat 12:00 ~ 1 dəqiqəlik oxu 226
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Azərbaycana keçib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Qırğız Respublikasından Azərbaycana keçib.

1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının toplantısında Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekov deyib. 

 “Türk Şurasına sədrlik Naxçıvan sazişinin 10-cu ildönümündə Qırğızıstandan Azərbaycana keçəcək”, - deyə Ç.Ayderbekov qeyd edib.

Xatırladaq ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının görüşü keçirilir.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net