“Ya qalib, ya qazi, ya da şəhid olmalıyıq” - Şəhid polkovnik Babək Səmidli - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ya qalib, ya qazi, ya da şəhid olmalıyıq” - Şəhid polkovnik Babək Səmidli - VİDEO

10:41 - 24 / 11 / 2020
“Ya qalib, ya qazi, ya da şəhid olmalıyıq” - Şəhid polkovnik Babək Səmidli - VİDEO

Azərbaycan əsgəri bir daha səngərdən üzüyuxarı baxmamalıdır. Azərbaycan əsgəri daim dağın üstündə, zirvələrdə oturmalıdır.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu noyabrın 23-də işğaldan azad olunan Suqovuşan qəsəbəsində minaya düşərək həlak olan polkovnik Babək Səmidli ölümündən əvvəl döyüş qabağı əsgərləri qarşısında çıxış edərkən deyib.

Şəhid polkovnik bildirib ki, Azərbaycan əsgəri canı, qanı bahasına torpaqlarımızı işğaldan azad edib: "30 ildir biz o utancı yaşayırdıq. Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Şərəfli və doğru yolu seçin, yalnız 3 məqsədimiz olsun - ya qalib olaq, ya qazi olaq, ya da şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz".

Şəhid polkovnik bildirib ki, Azərbaycan əhalisi əsgərinə və ordusuna güvənir: "Mən şəxsən qadın tanıyıram ki, cehizlik yorğan və adyalını əsgər üçün göndərib. Belə bir xalqın üzünə necə baxa bilərik? Odur ki, bizə dəmir nizam-intizam, komandirlərin tapşırıqlarını yerinə yetirmək və təlim-məşqlərə yüksək səviyyədə hazırlaşmaq qalır. Hücum tapşırığı gələn kimi Azərbaycan əsgəri şığıyaraq qalan düşməni də məhv etməlidir. O müqəddəs torpaqlarda donuzlar gəzməli deyil, Azərbaycan vətəndaşları yaşamalı, dağıdılmış məscidlərdən azan səsi yüksəlməlidir. Bizim qarşımızda başqa heç bir məqsəd qoyulmayıb. Rayonlarımız işğaldan azad edilib, çox az sayda şəhid vermişik. Lazım olsa yenə şəhid verməliyik. Heç kim başqa nəsə düşünməməlidir".

1news.az

Paylaş:
657

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər