Türkiyə prezidentinin cavab jesti: Ərdoğan İlham Əliyevi necə yola saldı – VİDEO – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə prezidentinin cavab jesti: Ərdoğan İlham Əliyevi necə yola saldı – VİDEO – FOTO

15:57 - 16 / 03 / 2016
Türkiyə prezidentinin cavab jesti: Ərdoğan İlham Əliyevi necə yola saldı – VİDEO – FOTO

Daha əvvəl xəbər verildiyi kimi Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edib.

Səfər zamanı dövlət başçısı türk həmkarı ilə birlikdə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısında iştirak edib.

Xatırladaq ki, bu tədbirin Bakıda keçirilməsi planlaşdırılsa da, Ankarada baş verən qanlı terror aktı ilə əlaqədar olaraq Azərbaycan dövlət başçısı toplantının Türkiyənin paytaxtında keçirilməsini təklif edib. Bu davranış Türkiyə prezidenti tərəfindən həqiqi qardaşlıq münasibətinin ifadəsi kimi dəyərləndirilib.     

Türkiyə KİV-nin  verdiyi məlumata görə Türkivə və Azərbaycan arasındakı xüsusi münasibəti təsdiq edən səfərin sonunda prezident Rəcəb Tayyib Ərdoğan “Minnətdarlıq əlaməti və cavab jesti olaraq İlham Əliyevi təyyarəyə qədər yola salıb”.

Burada prezidentlər çay süfrəsi arxasında söhbət edib.

Xəbər verilir ki, Azərbaycan prezidentinin təyyarəsi havaya qalxana dək Ərdoğan Ankaranın Esenboğa Beynəlxalq Hava Limanını tərk etməyib.

1news.az

Paylaş:
1346

Son xəbərlər

Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab veribBu gün, 16:18Ağdaşda 5 otaqlı ev yanıbBu gün, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıbBu gün, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklərBu gün, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTOBu gün, 15:25“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcəkBu gün, 15:23Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıbBu gün, 15:22FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 15:07Mustafa Qurbanlı: SOCAR-ın məqsədi Milli Enerji Şirkəti olmaqdıBu gün, 14:50AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edibBu gün, 14:32“Yango” Azərbaycanın taksi parklarına avtomobillərini yeniləməyə və xidmət keyfiyyətini yaxşılaşdırmağa kömək edəcəkBu gün, 14:24Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 14:01SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 13:49Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”Bu gün, 13:37Kəlbəcərdə yol qəzası olub, xəsarət alanlar varBu gün, 13:26Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşübBu gün, 13:13Əmtəə bazarlarında qızılın qiyməti cüzi artıbBu gün, 13:07Penitensiar xidmət və DİN əməliyyat keçirib, Şəmkirdə silah tapılıb - FOTOBu gün, 12:56İlham Əliyev polşalı həmkarını təbrik edibBu gün, 12:44Mülayim şimal küləyi əsəcək - Sabahın HAVASIBu gün, 12:42
Bütün xəbərlər