Nasir Əbdüləziz Əl-Nasir: “Bakı Forumu qarşıda duran məqsədlərə çatmaq yolunda qətiyyətli addımdır” | 1news.az | Xəbərlər
Siyasət

Nasir Əbdüləziz Əl-Nasir: “Bakı Forumu qarşıda duran məqsədlərə çatmaq yolunda qətiyyətli addımdır”

15:23 - 25 / 04 / 2016
Nasir Əbdüləziz Əl-Nasir: “Bakı Forumu qarşıda duran məqsədlərə çatmaq yolunda qətiyyətli addımdır”

“Gənclər bizim fəaliyyətimizin əsas dayaqlarından biridir. Biz Bakıda toplaşaraq inklüziv cəmiyyətlər qurmaq istiqamətində gənclərin fikir və düşüncələrini, təkliflərini eşitmək üçün müzakirələr aparırıq. Bu mühüm platformaya şərait yaratdığına görə Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirirəm”.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri BMT-nin Sivilizasiyalar Alyansı (UNAC) üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Alyansın VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunda çıxış edərkən söyləyib.

Tədbirin əhəmiyyətini yüksək qiymətləndirən və onun nəticələrinin müsbət olacağına əminliyini bildirən Nasir Əbdüləziz Əl-Nasir VII Qlobal Forumun qarşıda duran məqsədlərə çatmaq yolunda qətiyyətli addım olduğunu vurğulayıb.

Qeyd edib ki, Gənclər Forumu mədəniyyətlərarası dialoq, təhsil, əməkdaşlıq və s. kimi konkret hədəflərə istiqamətlənib.

“Biz inklüziv cəmiyyətlər olmadan qarşıya qoyulan məqsədlərə nail ola bilmərik. Biz məhz gənclərin düşüncələri, fəaliyyətləri və təşəbbüsləri nəticəsində dünyanı daha yaxşı məkana çevirə bilərik”, - deyə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi vurğulayıb.

1news.az

Paylaş:
915

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər