Müdafiə Nazirliyi: Müasir silah və texnika alınması üçün bu günlərdə külli miqdarda maliyyə vəsaiti ayrılacaq | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Müasir silah və texnika alınması üçün bu günlərdə külli miqdarda maliyyə vəsaiti ayrılacaq

20:42 - 19 / 04 / 2016
Müdafiə Nazirliyi: Müasir silah və texnika alınması üçün bu günlərdə külli miqdarda maliyyə vəsaiti ayrılacaq

"Cəbhədəki son hadisələrdən sonra erməni tərəfinin fəallaşması ancaq təbliğat xarakteri daşıyır və həmişə olduğu kimi standart pafoslu xəbərlər sırasında yenə də “könüllülər”, “diaspor”, “varlı ermənilər” və digərlərinin adları hallanır".

Bu barədə APA-ya Müdafiə Nazirliyindən (MN) mətbuat xidmətindən erməni separatçılarına müasir silah alınması məqsədilə 6,5 milyon dollar məbləğində pul vəsaitinin toplanılması barədə məlumatı şərh edərkən bildiriblər.

Nazirlikdən deyiblər ki, Qarabağ separatçıları üçün müasir silah alınması məqsədilə 6,5  milyon dollar məbləğində maddi vəsaitin toplanılması barədə məlumatın yayılması da sabun köpüyü effektindən başqa heç nəyə yaramır.  

"Hamıya bəllidir ki, dünyanın müxtəlif ölkələrində məskunlaşan ermənilərin təşkil etdikləri marafonlar, xeyriyyə və digər tədbirlərdə topladıqları məbləğ nəinki yeni silahların alınmasına, heç səngərlərə zorla doldurulmuş könüllülərə bir qarın yemək verməyə və güllə almağa belə çatmaz.

Ermənilərin əksinə olaraq, Azərbaycanın iqtisadi potensialı Silahlı Qüvvələrimizi müasir dövrün tələblərinə uyğun təchiz etməyə, dünyada mövcud olan yeniliklərin, silah və texnikanın tətbiqinə imkan verir.

Son hadisələrdən sonra dövlət başçısı, Ali Baş Komandanımız ilk gündən etibarən Silahlı Qüvvələrə göstərilən diqqət və qayğının gündən-günə daha da yüksələn templə davam etdiriləcəyini bəyan edib. Onun tapşırığına əsasən, şəhidlərə, onların ailə üzvlərinə və yaralılara tələb olunan maddi, sosial yardımların, mənəvi dəstəyin göstərilməsi işi yerinə yetirilir. Bundan əlavə, bu günlərdə Ali Baş Komandanın xüsusi tapşırığına əsasən silah-sursatın, döyüş texnikasının yenilənməsi və əlavə döyüş ehtiyatlarının yaradılması,  müasir silah və texnikanın alınması üçün külli miqdarda maliyyə vəsaiti ayrılacaq.

Görülən bu tədbirlər Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin, şəxsi heyətin mənəvi-psixoloji durumunun daha da yüksəlməsinə əlavə imkan verən əlavə stimul olacaq", - deyə məlumatda bildirilir.

1news.az

Paylaş:
921

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər