Brüsseldə erməni təxribatlarına qarşı etiraz aksiyası keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Brüsseldə erməni təxribatlarına qarşı etiraz aksiyası keçirilib - FOTO

21:16 - 11 / 04 / 2016
Brüsseldə erməni təxribatlarına qarşı etiraz aksiyası keçirilib - FOTO

Aprelin 11-də Azərbaycan diasporunun 50-dən artıq nümayəndəsi, ölkəmizin dostları və beynəlxalq hüquq müdafiəçiləri Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistan tərəfindən işğalına etiraz əlaməti olaraq aksiya keçiriblər.

1news.az-a təşkilatdan verilən xəbərə görə, sanksiyalaşdırılmış etiraz aksiyası Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisinin təşkilatçılığı, Azərbaycan-Belçika Dostluğu Cəmiyyətinin və Dünya Azərbaycanlıları Konqresinin dəstəyi ilə baş tutub.

Brüsselin tarixi “Square de Meeus” parkında toplaşan etirazçılar Azərbaycan bayraqlarını dalğalandırıb, transparantlar qaldırıb və “Sarkisyan – təxribatçı”, “Mülki vətəndaşları hədəfə almağı dayandırın!”, “BMT qətnamələrinə riayət edin – erməni qoşunlarını çıxarın!”, “Dağlıq Qarabağın qanunsuz işğalını dayandırın!”, “Biz Qarabağıq”, “Biz Xocalıyıq” kimi şüarlar səsləndiriblər. Etiraz aksiyası Ermənistan səfirliyi qarşısında başa çatıb.

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayhan Dəmirçi tədbirdə çıxış edərək bildirib ki, bu aksiya Ermənistan- Azərbaycan qoşunlarının təmas xəttində görünməmiş səviyyədə zorakılığın baş verməsi, bunun nəticəsində onlarla Azərbaycan hərbçisinin və mülki vətəndaşının həlak olmasına etirazdır.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt bu problemə toxunaraq deyib: “Mən Dağlıq Qarabağda baş verən zorakılıqlarla bağlı hesabatlardan çox narahatam və insanlar həlak olduğuna görə çox məyusam. Bütün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq dərhal çıxarılmalıdır”.

Avropa İttifaqının ali nümayəndəsi, vitse-prezident Federika Moqerini bildirib: “Təmas xətti boyunca ağır döyüşlər barədəki məlumatlar dərin narahatlıq doğurur. Avropa İttifaqı insan itkilərinə, xüsusilə mülki əhalinin tələfatına görə təəssüf hissi keçirir”.

BMT Təhlükəsizlik Şurasının artıq 22 ildir qəbul etdiyi, lakin icra olunmayan qətnamələri yerinə yetirilənə qədər Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Bunun vaxtı artıq gəlib çatıb. Bu qətnamələr Ermənistan silahlı qüvvələrindən Azərbaycan ərazilərini tərk etməyi və işğalın qurbanları olan 1 milyondan artıq qaçqın və məcburi köçkünə öz evlərinə qayıtmaq imkanı yaratmağı tələb edir.

1news.az

Paylaş:
1634

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər