ADA tələbələri Bakıda tıxac probleminin necə asan həll edilməsini göstərib – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

ADA tələbələri Bakıda tıxac probleminin necə asan həll edilməsini göstərib – VİDEO

12:30 - 26 / 04 / 2016
ADA tələbələri Bakıda tıxac probleminin necə asan həll edilməsini göstərib – VİDEO

Azərbaycan Diplomatoya Akademiyasının (ADA) tələbləri “The Right Way” komandasının üzvləri Bakının əsas problemlərindən biri olan – yol hərəkəti qaydalarını pozanlara həsr olunmuş layihə hazırlayıb.

1news.az-ın verdiyi xəbərə görə, tələbələr layihə çərçivəsində ictimaiyyətin diqqətini piyada və sürücülərin daha çox qayda pozduğu küçələrə yönəltməyə çalışıb. Bunlar – Yasamal rayonunda yerləşən, “İnşaatçılar” metrosunun qarşındakı  Abbas Mirzə Şərifzadə küçəsidir.

Tələbələr müəyyən edib ki, bu küçədə daimi tıxacın səbəbi taksi sürücülərinin avtomobili avtobus dayanacaqlarında saxlamaları və piyadaların yeraltı keçidlərdən istifadə etməməsidir.

Bundan sonra tələbələr Bakının Dövlət Yol Polisi ilə birgə “İnşaatçılar” metrosunun qarşında aksiya keçiriblər. Onlar piyadalardan yeraltı keçidlərdən istifadə etmələrini xahiş ediblər, həmçinin taksi sürücülərini avtobus dayanacaqlarından təmizləyiblər. Tələbələr əmindir ki, bu cür halların baş verməsi şəhərdəki problemlərin az da olsa həllinə səbəb olacaq.

Öz növbəsində, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov ADA tələbələrinin bu təşəbbüsünü alqışlayır:

“Hər gün Bakıda 600-ə yaxın yol hərəkəti qaydasını pozmaqla və avtomobili  düzgün saxlamamaqla bağlı protokol qeydə alınır. 100-ə yaxın maşın cərimə olunaraq təxliyə olunur. Lakin bu sahədə maarifləndirmə işləri çox vacibdir. Bu mənada, Dövlət Yol Polisi ADA tələbələrinin təşəbbüsünü alqışlayır”.

1news.az

Paylaş:
1148

Son xəbərlər

Bütün xəbərlər