Bakıdakı yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən idmançılar həbs olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıdakı yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən idmançılar həbs olunub

13:48 - 28 / 01 / 2016
Bakıdakı yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən idmançılar həbs olunub

Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisi Sadiq Bağırovu döyməkdə ittiham olunan İsa Əzizov və Mahir İsgəndərov saxlanılaraq həbs olunub.

1news.az xəbər verir ki,  Nəsimi rayonu Məhkəməsinin hakimi Elman İsayev İ.Əzizov və M.İsgəndərova 30 sutka inzibati cəza verilməsi haqqında qərar qəbul edib. Onlarla bağlı araşdırma aparılır, faktla bağlı hələ ki, cinayət işi açılmayıb.

Cinayət işinin açıqması qərarı araşdırmadan sonra verilə bilər.

Xatırladaq ki, Bakıdakı yanacaqdoldurma məntəqələrindən birində idmançıların mühafizəçiyə hücumu haqqında xəbər Azərbaycanda KİV-in əsas mövzusu olub.

1news.az

Mövzu ilə bağlı oxuyun:

Yanacaqdoldurma məntəqəsində döyülən mühafizəçi: “Bentley sürücüsü qışqırırdı ki, Bakıda heç kəs onun qarşısını ala bilməz, hər şeyi pulla həll edə bilər”- FOTO

Bakının mərkəzində mühafizəçini döyən İsa Əzizov sən demə, daha əvvəllər də klubda qızı döyübmüş - FOTO

Bakıdakı karaoke-klubda döyülən qızın rəfiqəsi İsa Əzizov haqqında yeni faktlar açıqladı- FOTO

Paylaş:
2068

Son xəbərlər

Bütün xəbərlər