“Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş “Gənclik Günü” layihəsi həyata keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş “Gənclik Günü” layihəsi həyata keçirilib – FOTO

17:01 - 20 / 08 / 2019
“Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş “Gənclik Günü” layihəsi həyata keçirilib – FOTO

“Binəqədi Gənclər Evi”, Binəqədi rayon Gənclər və İdman İdarəsi təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Gənclər Fondu və UNICEF-in Azərbaycan nümayəndəliyinin tərəfdaşlığı ilə 16 avqust 2019-cu il tarixində Binəqədi Gənclər Evində “Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş “Gənclik Günü” layihəsi 200 nəfərdən çox yeniyetmə və gəncin iştirakı ilə həyata keçirilmişdir.

1news.az-ın verdiyi xəbərə görə, layihəyə təcrübəli mütəxəssis Kənan Məmmədovun yoqa sessiyası ilə start verlilmişdir. Sonra Binəqədi Gənclər Evinin akt zalında yeniyetmə və gənclər arasında “Dama” və “Şahmat” turnirləri keçirilmişdir. “Dama” turnirinin nəticəsinə görə I yeri Cəfərli Cavad, II yeri Məmmədov Məhəmməd, III yeri Həsənli Daşqın tutmuşdur. “Şahmat” turnirinin nəticəsinə görə I yeri Məmmədova Nuray, II yeri Vəliyev Amal, III yeri Həsənova Zeynəb tutmuşdur.

Binəqədi Gənclər Evinin gənclər klubunda keçirilən “Xəmsə” Milli İntellektual Oyununda I yeri Səyyar Qurbanov, II yeri Elvin Əliyev, III yeri Yusif Ağayev tutmuşdur. “Simurq İntellektual Oyunlar Klubu” nun təsisçisi Gursel Abbas bildirmişdir: “Klubumuzun əsas məqsədi intellektual, savadlı və dünyagörüşlü gənclik yetişdirmək, gənclərin asudə vaxtlarını səmərəli keçirmələrini təmin etməkdir. Binəqədi Gənclər Evində "Gənclər Günü" münasibətilə keçirilən tədbirdə Xəmsə Milli İntellektual Oyunu üzrə fərdi oyun keçirdik. Oyun çox məhsuldar və əyləncəli keçdi. Bütün gəncləri klubumuzun təşkil etdiyi turnir və yarışlara dəvət edirəm”.

Layihə çərçivəsində baş tutan futbol turnirində isə I yeri “AFFA, II yeri “Bilbao”, III yeri isə “Marşal” komandaları tutmuşdur. “Binəqədi Gənlər Evi” nin könüllüsü Əliyev Murad bildirmişdir: 20 yaşım var və ADNASU-un tələbəsiyəm. Gəclik Günündə Fudbol çempiyonatına qoşuldum. Fudbol çempiyonatı olduqca maraqlı keçdi, əsas maaraqlı məqamlardan biri hər bir komandanın öz azarkeş qrupu var idi və bu azarkeş qrupları müxtəlif maraqlı pankartlarla, şüarlarla  komandalarına dəstək olurdular. Digər maraqlı cəhəti isə ondan ibarət idi ki, bildiyiniz kimi 2020-ci ildə Avropa çempionatının 4 oyunu Azərbaycanda keçirdiləcək və Avropa çempionatının stenti nümayiş olunurdu.”

Oyunlar yekunlaşdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir. Mükafatlandırılma mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, “Binəqədi Gənclər Evi” nin direktoru Ələkbər Mustafayev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, UNICEF-in Azərbaycan nümayəndəliyinin ofisinin gənclərlə iş şöbəsinin əməkdaşı Mina Hüseynova iştirak edərək qalibləri təbrik etmiş, yeniyetmə və gənclərin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi və asudə vaxtının səmərəli təşkili məqsədilə görülən işlər haqqında məlumat vermişlər.

“Gənclik Günü” layihəsi musiqili əyləncəli proqramla davam etdirilmişdir.

S.Xankişiyeva

Paylaş:
968

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər