Bakının bu ərazilərində yeni svetoforlar istifadəyə verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bu ərazilərində yeni svetoforlar istifadəyə verildi

1news Redaksiyası16:07 - 14 / 05 / 2026
Bakının bu ərazilərində yeni svetoforlar istifadəyə verildi

Yeni svetoforlar istifadəyə verildi.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində ilk dəfə quraşdırılan və Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yenilənən svetoforlar istifadəyə verilib, hərəkət növbəliliyi və piyadaların təhlükəsiz hərəkəti təmin edilib.

Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində icra edilib.

Paylaş:
459

Son xəbərlər

Bütün xəbərlər