Avstraliyalı siyasi şərhçi ABŞ Dövlət Departamentinin Azərbaycana münasibətdə ikili standartları barədə | 1news.az | Xəbərlər
Siyasət

Avstraliyalı siyasi şərhçi ABŞ Dövlət Departamentinin Azərbaycana münasibətdə ikili standartları barədə

11:00 - 30 / 11 / 2015
Avstraliyalı siyasi şərhçi ABŞ Dövlət Departamentinin Azərbaycana münasibətdə ikili standartları barədə

Amerikada çıxan “The Washington Times” qəzetində Yaxın Şərqdə, Avrasiyada və postsovet respublikalarında baş verən hadisələrin təhlili üzrə ixtisaslaşan avstraliyalı siyasi şərhçi Castin Emlerin “ABŞ Dövlət Departamentinin riyakarlığı” barədə məqaləsi dərc edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, materialın müəllifi Vaşinqtonun xarici siyasət idarəsinin ikili standartlarını şərh edir. Məqalədə deyilir ki, Azərbaycanda bu yaxınlarda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanıb: ölkə parlamentində 125 yerdən 70-ini bu partiyadan olan namizədlər tutublar.

Seçkilərdən dərhal sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) seçkilərin nəticələrini kəskin tənqid edib. Ekspertin fikrincə, bu tənqidə səbəb o olub ki, DTİHB nümayəndələri həmin seçkilərdə müşahidəçilər missiyasında iştirak edə bilməyib. Bununla əlaqədar, DTİHB hesab edir ki, bu seçkilərə müsbət qiymət verilməməlidir. Bir ölkədə keçirilən seçkilərə başqa ölkə tərəfindən bu cür etimadsız münasibət digər millətlərin nümayəndələri tərəfindən təkəbbürlülük kimi qəbul edilir.

C.Emler qeyd edir ki, Qərbdə başqa dövlətlərin qarşısında tamam ayrı problemlər durduğuna baxmayaraq, onların Qərb standartlarına uyğun olmamasını asanlıqla pisləyirlər. ABŞ Dövlət Departamenti həmin ölkələrdəki geosiyasi vəziyyət kontekstindən yalnız onu maraqlandıran məsələlərə nəzər salmaqla kifayətlənir. Müəllif Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunmasından sonra real vəziyyət barədə söhbət açaraq yazır ki, Azərbaycan bu müddətdə çox nailiyyətlər qazanıb. Azərbaycanda infrastrukturun və güclü vətəndaş cəmiyyətinin inkişafı davam edir.

Regionda etnoslararası gərginliyə baxmayaraq, Azərbaycan bu bölgədə müxtəlif etnik və dini qruplara münasibətdə ən tolerant ölkə olaraq qalır. Məsələn, Avropa ölkələrinin çoxu ilə müqayisədə Azərbaycan bu gün yəhudilər üçün ən təhlükəsiz ölkədir. Müəllif yazır ki, başqa ölkələr barədə bunu demək olmaz, lakin ABŞ Dövlət Departamenti həmin dövlətləri nədənsə tənqid etmir. Ekspert məqalənin sonunda qeyd edir ki, əsas diqqəti Azərbaycanın hələ nələr etməli olması üzərində cəmləşdirmək lazım deyil, bundansa ölkənin indiyə qədər qazandığı nailiyyətləri qeyd etmək daha yaxşı olar.

1news.az

Paylaş:
518

Son xəbərlər

Daha bir məktəbdə yanğın olubBu gün, 14:10Suriyada gərginlik artır: Hava hücumlarında 3 nəfər həlak olduBu gün, 13:54“Azərbaycan Dəmir Yolları” Avropa İpək Yolu Sammitində təmsil olunubBu gün, 13:45Dövlət Xidmətindən havaya atılan tullantılarla bağlı ictimai-iaşə obyektlərinə ÇAĞIRIŞBu gün, 13:36Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO - YENİLƏNİBBu gün, 13:21“Təməl dalğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilibBu gün, 13:15Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcəkBu gün, 13:10SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıbBu gün, 13:01Ceyhun Bayramovla Qvineya-Bisaunun XİN rəhbəri arasında görüş keçirilib - YENİLƏNİBBu gün, 12:4715 aptekdə yoxlama aparılıb, nöqsanlar aşkarlanıbBu gün, 12:39Leysan xarakterli yağış gözlənilir - Sabahın havasıBu gün, 12:30“Zamanla eyni dalğada” – ASCO-nun zəngin tarixini əks etdirən kitab-fotoalbom nəşr olunubBu gün, 12:28Macarıstanda təqaüdlə təhsil imkanıBu gün, 12:22MEDİA “Fərdi jurnalist müsabiqəsi”nin nəticələrini açıqladıBu gün, 12:08İlham Əliyev Qvineya-Bisaunun nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 12:04Azərbaycana 80 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıbBu gün, 11:57Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 11:30Prezident Laosun dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:29İlham Əliyev BƏƏ-nin dövlət başçısını təbrik edibBu gün, 11:13Bakı və Sumqayıtda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanıldıBu gün, 10:52
Bütün xəbərlər