2016-cı ildə qlobal neft tələbatındakı artım aşağı düşəcək
Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft tələbatındakı artımın 2016-cı ildə aşağı düşəcəyini proqnozlaşdırır.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə agentliyin hesabatında deyilir. Belə ki, gələn il qlobal neft tələbatı gündəlik 60 min barrel azalaraq 1,21 milyon barrel olacaq.
Hesabata görə, bu ilin oktyabrında neft tələbatı 2014-cü ilin eyni ayı ilə müqayisədə 2 milyon barrel artaraq 97 milyon barrel təşkil edib. Agentlik 2015-ci ilin sonunda qlobal neft tələbatındakı artımın gündəlik 1,82 milyon barrel olacağını proqnozlaşdırır.
IEA OPEC-in neft tələbatının isə 2016-cı ildə gündəlik 200 min barrel artaraq 31,3 milyon barrel/gün olacağı qənaətindədir.
1news.az
687