BTC ilə nəql olunan Azərbaycan neftinin həcmi açıqlandı | 1news.az | Xəbərlər
İqtisadiyyat

BTC ilə nəql olunan Azərbaycan neftinin həcmi açıqlandı

16:33 - 07 / 12 / 2015
BTC ilə nəql olunan Azərbaycan neftinin həcmi açıqlandı

2015-ci ilin noyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 263 min 445 ton Azərbaycan nefti nəql olunub.

1news.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.

“Cari ilin yanvar-noyabr aylarında bu kəmərlə 26 milyon 373 min 898 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il dekabr ayının 1-ə qədər BTC-yə 290 milyon 213 min 744 ton neft vurulub. Bundan başqa, 2015-ci ilin noyabr ayında BTC kəməri ilə 422 min 299 ton Türkmənistan nefti nəql olunub”, - deyə SOCAR-dan bildirilib. 

Paylaş:
797

Son xəbərlər

Bütün xəbərlər