“Dənizdə insan həyatının mühafizəsinə dair” beynəlxalq konvensiyaya əlavə və dəyişikliklər edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Dənizdə insan həyatının mühafizəsinə dair” beynəlxalq konvensiyaya əlavə və dəyişikliklər edilib

10:26 - 09 / 12 / 2015
“Dənizdə insan həyatının mühafizəsinə dair” beynəlxalq konvensiyaya əlavə və dəyişikliklər edilib

Beynəlxalq niz Təşkilatın (BDT) niz hlüsizliyi Komitəsinin 93-sessiyasında MSC.365(93), MSC.367(93), MSC.368(93) MSC.370(93) mrəli tnaməri ilə “nizdə insan yatın hafizəsinə dair” 1974-il tarixli Beynəlxalq Konvensiyanın (SOLAS-74) II-1-ci II-2-ci sillərinə adıçəkilən konvensiyanın II-2, III VII silləri ilə cburi quqi vvəmalik olan “Yanğından hafizə vasitəri haqqında” Beynəlxalq lləyə, “Xilasedici vasitər haqqında” Beynəlxalq lləvə “lmış qaz daşıyan milərin inşası avadanlıqlarına dair” Beynəlxalq lləyə əlavə yişikliklər edilib qeyd edilən əlavə yişikliklərin 1 yanvar 2016-il tarixində vvəminməsi rdə tutulub.

1news.az xəbər verir ki, Dövlət Dəniz Administrasiyası mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qeyd edilən dəyişikliklər əsasən, “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiyanın II-1-ci fəslinin C hissəsinin 29-cu qaydasında “Sükan qurğusuna olan tələblər”ə, II-2-ci fəslinin A hissəsində ümumi müddəalarda göstərilən tətbiqə və anlayışlara, “Yanğının və partlayışın qarşısının alınması” adlı B hissəsinin “Alovlanma ehtimalı” adlı 4-cü qaydasına və inert qaz sistemləri və onların tətbiq edilməsi, kimyəvi maddələr və qaz daşıyan gəmilərin inert qaz sistemləri, inert qaz sistemlərinə olan ümumi tələblər, ekvivalent sistemlərə olan tələblər adlı bəndlərə aid edilib.

Həmçinin, adıçəkilən konvensiyanın II-2-ci fəslinin C hissəsinin 9-cu qaydasında yanğının yayılması, ventilyasiya sistemləri, ventilyasiya dəliklərinə və çıxışlarına olan tələblər, 36 nəfərdən çox və az sərnişin daşıyan gəmilərin ventilyasiya sistemlərinə olan tələblər, A kateqoriyalı daxili yanma mühərrikləri olan maşın bölmələrinə xidmət edən ventilyasiya otaqları, 36 nəfər sərnişin daşıyan gəmilərdə çamaşırxanaların yanğın təhlükəsizliyinə və yanğınla mübarizəyə dair tələblərə müvafiq əlavə və dəyişikliklər edilib.

Eyni zamanda, qeyd edilən Konvensiyanın II-2-ci fəslinin D hissəsinin 13-cü qaydasında qəza çıxışları və E hissəsində inert qaz sistemlərinin istismarı, G hissəsinin 20-ci qaydasında nəqliyyat vasitəsinin, xüsusi kateqoriya və ro-ro sahələrinin mühafizəsinə dair tələblərə düzəlişlər edilib və yük kimi yanacaq çənlərində sıxılmış hidrogen və ya təbii qaz daşıyan nəqliyyat vasitələrinə dair tələblər adlı yeni 20-1-ci qayda və bu qaydanın məqsədi və tətbiqinə dair bəndlər əlavə edilib.

 “Xilasedici vasitələr haqqında” Beynəlxalq Məcəllənin “Fərdi xilasetmə vasitələri” adlı II fəslinin 2.2.1.6-cı bəndinin düzəlişlər edilmiş yeni redaksiyasına əsasən təşkilatın tövsiyələrinə uyğun olaraq ən azı 12 nəfərlə həyata keçirilən sınaqlarda böyüklər üçün nəzərdə tutulmuş xilasedici jiletlər dalğalanma olmadığı halda suda kifayət qədər üzmə və dayanıqlılıq qabiliyyətinə malik olmalıdır, eləcə də mövcud 2.2.1.8.3-cü bənddən sonra uşaqlar üçün nəzərdə tutulmuş xilasedici jiletlərin yalnız manekenlərdən istifadə edilməklə sınaqdan keçirilməsini nəzərdə tutan yeni bəndlər əlavə edilib.

“Yanğından mühafizə vasitələri haqqında” Beynəlxalq Məcəllənin 15-ci fəsli üzrə dəyişikliklər anlayışlar, ümumi inert qaz sistemləri, təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar tədbirlər, inert qaz sistemlərinin ayrı-ayrı hissələri, xəbərdaredici vasitə və siqnalizasiya qurğuları, istifadə təlimatı, inert qaz generatoru və ya tüstü buraxma xüsusiyyətinə malik olan qazlardan istifadə etməklə işləyən inert qaz sistemləri və azot generatoru ilə işləyən inert qaz sistemlərinə dair tələblərə edilib.

Paylaş:
959

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər