«Günəşli» yatağında itkin düşənlərin axtarışına 4 helikopter və bir təyyarə cəlb edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

«Günəşli» yatağında itkin düşənlərin axtarışına 4 helikopter və bir təyyarə cəlb edilib

14:35 - 11 / 12 / 2015
«Günəşli» yatağında itkin düşənlərin axtarışına 4 helikopter və bir təyyarə cəlb edilib

 “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.

1news.az-ın məlumatına görə, hazırda Nazirliyin “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 4 helikopteri və “B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır.

Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.

1news.az

Paylaş:
867

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər