Rusiyanın tanınmış maliyyə eksperti Türkiyə əleyhinə sanksiyaların Moskva ya Ankaradan hansına daha çox itki gətirəcəyini hesablayıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın tanınmış maliyyə eksperti Türkiyə əleyhinə sanksiyaların Moskva ya Ankaradan hansına daha çox itki gətirəcəyini hesablayıb

16:53 - 16 / 12 / 2015
Rusiyanın tanınmış maliyyə eksperti Türkiyə əleyhinə sanksiyaların Moskva ya Ankaradan hansına daha çox itki gətirəcəyini hesablayıb

Uzun müddət Qərbin Ukrayna münaqişəsindəki gücsüzlüyünə istehza ilə yanaşan Rusiya özünü “ rus kimi” aparan ölkə ilə qarşılaşınca, başqa bir effektiv təsir yolu tapmayıb “öz mövqeyini” sanksiyalar tətbiq etməklə ortaya qoydu. Həmin addımı atdığı zaman bilirdi ki, bu Rusiyanın regionda və beynəlxalq bazardakı vəziyyətini pisləşdirməklə yanaşı, eyni zamanda  Ərdoğan rejiminin möhkəmlənməsinə səbəb olacaq.

Milli təhlükəsizliyin təmin olunması ilə bağlı Rusiya prezidentinin fərmanı  Rusiyanın Su-24 təyyarəsi vurulduqdan sonra Türkiyənin davranışlarına necə cavab verəcəyi ilə bağlı təsəvvür yaradır.

Rusiyanın Türkiyəyə cavabı ilk vaxtlar konstruktiv davranış nəzərdə tutmurdu. İncik tərəf təzminat almaq istədikdə qarşı tərəfə öz simasını saxlamağa imkan verir və kəskin tələblərini arxa planda təqdim edir. O məsənin araşdırılmasına ehtiyac olduğuna əsaslanaraq, rəsmi bəyanatları yubandırmaq imkanına malik idi. Lakin Rusiya danışıqlar aparmaq bacarığının olmadığında, yaxud Türkiyə tərəfi ilə konstruktiv danışıqlara ümidinin qalmadığı səbəbindən bu şansı nəzərdən qaçırdı.   

Türkiyəyə qarşı sanksiyalar bilavasitə iqtisadi xarakter daşıyacaq. Bu qadağalar və sanksiyalar hətta 5 faiz büdcə kəsiri olan Türkiyədən xeyli dərəcədə zəif olan Rusiya bazarında öz mənfi təsirini daha qabarıq göstərəcək.

Metal və sulu pomidor

Türkiyə ilə ticarət Rusiyada ən böyük ticarət dövriyyəsidir. Çinlə olan ticarətdən fərqli olaraq,  Türkiyə  ilə  ticarət Rusiyaya il ərzində 15 milyard dollar gəlir qazandırır. Bu, onsuzda azalmaqda olan Rusiya ticarət balansının 10 faizidir. Bu Rusiyanın qürurla vurğuladığı silah ixtacı gəlirindən daha çoxdur.

Türkiyə ilə ticarət mübadiləsindən qaz və az miqdarda neft nəqlini çıxarsaq, bu Rusiyanın xeyrinə olmayacaq və gəlir 2.5 milyard dollar olacaq.Bundan əlavə Rusiya üçün xidmət saldosu da mənfidir. Hələ ki, Türkiyəyə qaz nəqlini heç kəs dayandırmağa hazırlaşmır. Buna görə də Rusiyanın “prinsipial mövqeyi”nin yaratdığı itkilər mümkün olandan daha azdır. Lakin onlar hiss olunacaq dərəcədədir.

Türkiyədən idxala qoyulan məhdudiyyət ilk növbədə ərzaq malları təchizatçılarına və əhaliyə təsir edəcək. Rusiya il ərzində Türkiyədən 1.1 milyard dollarlıq ərzaq məhsulu alır. (Bu ərzaq məhsullarının bütovlükdə idxalının 4 faizi, bəzi məhsulların, məsələn, tərəvəzin idxalının isə 17 faizini təşkil edir). Qadağalar Rusiyanın ənənəvi olaraq Aralıq dənizi sahilindəki təchizatçılardan aldığı malların qıtlığını yaradacaq. Həm də nəzərə almaq lazımdır ki, bu təchizatçılar arasında faktiki olaraq, hazırda yalnız Türkiyə ilə ticarət əlaqələri genişdir. Zeytun yağı, Aralıq dənizi balıq məhsulları, sitrus meyvələrinin də idxalı ilə bağlı problem yaranacaq.

İdxalı 10 faiz azaldacaq sanksiyalardan sonra ərzaq məhsullarının qiyməti inflyasiyanı 10-25 faiz üstələdi. Türk ərzaq məhsullarına sanksiyalar qiymətlərin 5-10 faiz, bəzi məhsullara görə isə daha çox yüksəlməyinə gətirib çıxaracaq. Bundan sonra ərzaq təchizatçılarını  (Belorus və Azərbaycandan başqa) əvəz edəcək kimsə olmayacaq.    

Turkiyə Rusiya üçün Misirdən sonra ikinci ən böyük turizm istiqaməti idi. 3 milyona yaxın rusiyalı turist Türkiyədə olub. Onların 70 faizi təşkilatlanmış, turizm agentliklərinin xidmətlərindən istifadə edən insanlardır). Rusiyalı təşkilatlanmış turistin orta miqdarlı məsrəf çeki 700 dollar təşkil edir. Bu məbləğin 15-20 faizinə  agentlik və operatorlarin komissiyası daxildir. Beləliklə, 2016-cı ildə Rusiya turizm sənayesinin 600 milyon dollar itkisi olacaq.   

Daxili turizmin inkişafı, təbii ki, Türkiyə və Misirə turizmin bağlanmasına qarşı cavab addımı ola bilməz. Rusiya bu ölkələrin istirahət bölgələri ilə müqayisə olunacaq səviyyədə nə yetərli infrastruktura, nəqliyyat imkanlarına, nə də qiymət-keyfiyyət tənasübünə sahib deyil. Çox güman ki, bu qadağalar Rusiyanın bəzi istirahət məkanlarında qiymətlərin qalxmasına və rus turistlərin Kipr, Tunis, Mərakeş, Baltikyanı ölkələrə və Hind-Çinə yönəlməsinə səbəb olacaq. Nəticədə, orta məsrəf çeki xeyli yüksələcək, Ölkədən çıxan valyuta həcmi artacaq, Rusiaya turizm biznesi xeyli itkilərə məruz qalacaq.

Əsaslı inşaat sahəsində isə türk şirkətləri 2014-cü ildə 1.5 milyard dollar həcmində müqavilə imzalayıb, ümumilikdə isə türk investorların Rusiya daşınmaz əmlak bazarına investisiyası 10 milyard dollar civarında olub. Rusiya onların əmlakını müsadirə etməyə cəsarət etməsə də, ən azından ucuz qiymətə satışı məsələsini qaldırıla bilər. Bu çox cüzi gəlir gətirsə də,bütövlükdə, bazara və iqtisadiyyata heç bir təsiri olmayacaq. Əksinə, investisiyaların miqdarı daha da azalacaq və Rusiyanın bəzi keyfiyyətli podratçı şirkətlərlə əlaqəsi kəsiləcək.  Lakin tikinti şirkətləri arasında kəskin rəqabətin olduğu və inşaat həcminin azaldığı hazırkı Rusiya inşaat bazarında bu itki o qədər də nəzərə çarpmaya bilər. 

 Bəzi sənayə sahələrdə itkilər nəzərəçarpacaq səviyyədə olmasa da, ümumilikdə dəyən ziyanın həcmi böyük olacaq. Hava məkanının hər iki tərəfdən tədricən bağlanacağı ehtimalını nəzərə alsaq,  havatranzit imkanları çətinləşəcək. Bu halda Rusiya şirkətləri bəzi reysləri itirə bilər. Bundan başqa Kipr, İsrail, Misir, Afrikaya da reyslər Türkiyə hava məkanı üzərindən aparılır. Nisbətən cənub ərazidən uçuşların həyata keçirilməsi isə Ukrayna hava məkanının bağlı olduğunu nəzərə alaraq, olduqca böyük zaman və enerji israfı ilə müşahidə olunacaq.  

Bundan əlavə dəniz daşımalarında da problemlər yarana bilər. Rəsmi olaraq ( hərbi təhlükə yaranmadığı müddətdə) Türkiyə boğazları bağlamayacaq, lakin rus gəmilərinin boğazda hərəkət intensivliyi aşağı düşəcək, uzun  və üzücü yoxlamaların isə artacağı gözlənilir.

Rusiyalı metallurqlarının da müəyyən problemlərlə üzləşməsi qaçınılmazdır. Sanksiyalara cavab olaraq Türkiyə onlar üçün öz bazarını sadəcə bağlaya bilər. Bu sahə isə Rusiyanın illik ixracında 4 milyard dollar deməkdir.    

Strateji planda Rusiya çox güman ki, atom energetikası sahəsində Türkiyə ilə müqavilələrini itirəcək. Bu bazarda rəqabət yüksək olduğundan türklər qısa zamanda rusları əvəz edəcək tərəfdaş tapa bilər. Lakin bu halda da tikinti işlərinin yubanma və qiymətlərin artması qaçınılmazdır. Bu “Rosatom”un perspektiv inkişafına güclü zərbədir. Cünki atom energetikası Rusiyanın hələ də yaxşı idarə etdiyi yüksək texnologiya biznesidir. Burada məsələ təkcə yatırımların itirilməsi və gələcəkdə investisiyaların 22 milyadr dollara çatacağı perspektivli biznesin əldən çıxması ilə bağlı deyil. Məsələ ondadır ki, layihə dondurularsa “Rosatom” gələcəkdə hər hansı əhəmiyyətli tender udmaq şansını itirəcək.  Çünki şifarişçilər üçün növbəti dəfə AES-in yerləşəcəyi ölkə ilə Rusiyanın savaşacağı təqdirdə itkilərlə qarşılaşmaq riski qəbul olunmazdır. 

Sonuncu aspekt- Türkiyədən qaz –boru kəməri çəkilişinin dondurulması isə faktların təsdiqinə xidmət edəcək. Belə ki, layihə onsuzda dayandırılıb. Çünki Rusiya və Türkiyə insidentə qədər bu layihə ilə bağlı prinsipial məslələrdə razılığa gələ bilməmişdi.

Türkiyənin problemləri

Bəs Türkiyə Moskva ilə münaqişədə nə itirəcək? Bu halda Türkiyə üçün ən böyük məsələ Rusiyadan qaz təchizatına ara verilməməsidir. Bu gün Türkiyədə qaza olan ehtiyacın 60 faizi “Mavi axın” və Rusiya qazının Ukrayna ərazisindən nəqli vasitəsilə ödənilir.  Həmçinin, Türkiyənin qərb bölgələri bütövlükdə Rusiya qazından asılıdır. Ukraynadan tranzitə embarqo qoymaq olduqca çətindir. Tranzit ölkələri bu halda Türkiyəyə kömək edəcək. Ona görə də real qaz çatışmazlığı 35-40 faizdən çox olmayacaq. Buna baxmayaraq, hələ uzun zaman Türkiyədə qaz çatışmazlığı hiss olunacaq ki, bu da yaxın müddətli iqtisadi perspektivdə mənfi yöndə özünü göstərəcək. İtkilər ümumdaxili məhsulun 2-3 faizini təşkil edə bilər.

Qeyd edək ki,qazın verilməməsi iki tərəf üçün də ağrılı prosesdir. Rusiya bu halda öz ticarət balansının 10 faizini itirmiş olacaq.Ona görə hətta emosional Kremldən belə bu addımı gözləməyə dəyməz. Hazırda mövcud olan qarşıdurma Türkiyəni diversifikasiyaya sövq edəcək. Yeni enerji saxlancları inşa olunacaq. 2018-ci ildə Azərbaycandan Türkiyəyə qaz nəqlini gerçəkləşdirəcək TANAP qaz-boru kəməri çox güman ki daha da genişləndiriləcək. Qeyd edək ki, burada “Mavi axın”dan daha çox qaz nəql olunacaqdır.

Embarqo təhlükəsi Türkiyəni Əsəd rejiminə qarşı daha aktiv müqavimətə sövq edə bilər. Cünki İordaniya və Suriyadan qaz kəmərinin çəkilməsi imkanı vacib olacaq. Türkiyə İranla dialoqa gələrək Avropaya qaz nəqlində razılığa gələ bilər. Nəticədə isə Rusiyanın ən çox qorxduğu hal baş verəcəkdir. Alternativ təchizatçılar Türkiyə bazarına gələrək, buradan Avropaya qaz satışı üçün imkan əldə edəcək. Bir neçə il sonra Qazprom yalnız Türkiyəni deyil, həm də Cənubi Avropanı da itirə bilər. Onun yerini isə Azərbaycan və İranın tutması realdır. Həmin vaxt “Mavi axın”ın infrastrukturu artıq xeyirsiz olacaq.

Türkiyə üçün ikinci problem Rusiyadan gələn turistlərin itirilməsidir. Lakin bunu həddindən artıq şişirtməyə də ehtiyac yoxdur. 2014-cü ildə rusiyalılar Türkiyəyə gələn cəmi turistlərin 10 faizini təşkil edib. Artıq 2014-cü ildə rusların bura axını 13.5 % , 2015-ci ildə isə 24 %- ə qədər azalmışdı. Türkiyəyə daim istirahət üçün turistlər sırasında rusların sayı 7% azalıb.

Şübhəsiz, turlara qoyulan qadağa Türkiyənin istirahət mərkəzlərinin qəbul etdiyi turistlərin sayına təsir edəcək. Lakin bu azalma qeyd etdiyimiz 7 %-i keçməyəcək. Əksinə, vaxtilə Misirə istirahət üçün gedən 1.5 milyon avropalı turist marşturu Türkiyəyə yönəldərsə, bu azalma heç hiss olunmaya bilər.

Bu arada, avropalı turistlərin cəlb olunmasında elə rusiyalıların özü böyük rol oynayacaq. Belə ki, Türkiyədə dəniz kənarında yerləşən bir çox otellər onlara məxsusdur və turizm operatorları Avropada effektiv fəaliyyət göstərir.

Türk- rus manevri

Avropanın ərzaq məhsullarına qadağa sanksiyalarının təcrübəsindən görmək olar ki, məhsullarına qadağa qoyuluş təchizatçılar çox asan şəkildə özlərinə yeni satış bazarı tapır. Şübhəsiz ki, türklər öz məhsullarını başqa bazarlarda, yaxud elə Rusiyanın özündə Azərbaycan, Belorus və b.ölkələr vasitəsilə satışa çıxaracaq. Bahalaşmaya görə isə rus istehlakçıları daha çox  ödəməli olacaq. Belə hal Avropada da baş vermişdi.

Rusiyanın çökməkdə olan tikinti bazarındakı itkilər Türkiyədə də inşaat sahəsində qiymətlərin enməyinə səbəb olacaq. Bu isə əksinə ölkənin inkişafına xidmət edəcək. Beləliklə,Türkiyə üçün Rusiyanın intiqamı onun özünə vurduğu zərər qədər ağrılı olmayacaq.  

Lakin bu münaqişədə ən vacib cəhət Rusiyanın davranışlarındakı məntiqsizlikdir. Bir il öncə Qərb ölkələri Rusiyanı Ukraynanın şərqindəki terrorçuları dəstəkləməkdə və  Malaziya təyyarəsində insanların tələfatında əli olduğu ilə günahlandırıb. Nəticə, ABŞ və Avropa Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları xatırladan iqtisadi sanksiyalar tətbiq edib. Bunrada da onlar şəxsi maraqları ziddinə getmədən, iqtisadi əlaqələrin əsas sahəsi olan neft-qaz ticarəti məsələsindən yan keçərək müəyyən qadağalar quyub.

Bu isə öz növbəsində Rusiya hökümətinin reytinqinin yüksələməsi, ölkədə Qərbə olan nifrətin artması ilə nəticələndi. Beləliklə, Kreml ölkədəki iqtisadi problemlərin məsuliyyətini xarici faktorların üzərinə atmaq üçün şans əldə etdi. Rusiyanın xarici siyasətində isə düşmənçilik və hərbəyönəlmə daha da artdı.    

Bir il sonra Avropadakı siyasətçilər pərdəarxası söhbətlər zamanı sanksiyaların yararsız, hətta zərərli olduğunu söyləsələr də, bu avropalıların uzaqlaşa bilmədiyi “prinsipial mövqeyin ifadəsi” idi.

Bu gün Rusiya, ötən ildə Qərbin yaşadığı vəziyyəti təkrarlamaqla yanaşı, Türkiyəyə qarşı eyni metodları- iqtisadi sanksiyaları, tətbiq edir.     

Rusiya bir atalar sözündə olduğu kimi, Qərbin gücsüzlüyünə istehza etsə də özünü “rus kimi” aparan ölkəyə rast gələndə, başqa effektiv təsir metodu tapmayıb “mövqeyini ifadə etmək” üçün sanksiyalara əl atdı və bununla da bizim regionda və beynəlxalq bazardakı mövqeyimizi pisləşdirdi.

Andrey Movçan

Xüsusi olaraq Moskva Karneqi Mərkəzi üçün hazırlanıb.

Müəllif haqqında:

Andrey Movçan-  Moskva Karneqi Mərkəzinin “ İqtisadi siyasət” proqramının direktorudur. Onun tədqiqat sahələrinə Rusiya iqtisadiyyatındakı vəziyyət, Avrasiya İqtisadi İttifaqının gələcəyi və Rusiya –Avropa İttifaqı arasında qarşılıqlı əlaqələrin perspektivi mövzuları daxildir. 

1993-cü ildən A.Movçan Rusiya və beynəlxalq maliyyə institutlarında top-menecer vəzifəsində çalışıb. 1997-ci ildən etibarən 6 il müddətində “Üçlük Dialoq” şirkətinin icraçı direktoru olub. 2003-2009-cu ildə təsisçisi olduğu “Renesans ,İnvestisiyaların idarə olunması” qrupuna rəhbərlik edib. 2006- 2008-ci illərdə isə  “Renesans Kredit” bankının rəhbəri seçilib. 2009-cu ildə A. Movçan “Üçüncü Roma” investisiya şirkətini yaradaraq, 2013-cü ilə qədər həmin şirkətin idarəedici tərəfdaşı olub. 

A. Movçan – Rusiyanın ən məşhur maliyyə meneceridir. “Forbes” jurnalı 2006  -cı ildə onu “ Rusiyada idarəetmə şirkətinin ən yaxşı rəhbəri”, “Maliyyə” jurnalı isə 2008-ci ildə “İdarəetmə şirkətinin ən yaxşı rəhbəri” adlandırıb. A.Movçan RBK-nın “ilin personası-2006”  mükafatının və “Chivas Top 18 Financials -2007” maliyyə Qran-Prisinin qalibi seçilib.  2009-cu ildə o, “SPEAR’s Russia Wealth Management Awards”-ın   “Sənaye əfsanəsi” nominasiyası üzrə mükafata layiq görülüb.

1news.az

Paylaş:
1108

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər