Rövşən Rzayev: “Azərbaycan işğal olunmuş torpaqlarda antiterror əməliyyatı keçirməyi istisna etmir” | 1news.az | Xəbərlər
Köşə

Rövşən Rzayev: “Azərbaycan işğal olunmuş torpaqlarda antiterror əməliyyatı keçirməyi istisna etmir”

16:04 - 05 / 01 / 2016
Rövşən Rzayev: “Azərbaycan işğal olunmuş torpaqlarda antiterror əməliyyatı keçirməyi istisna etmir”

1news.az-ın Milli Məclisin deputatı Rövşən Rzayevlə müsahibəsi:

- Sizcə, 2015-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində hər hansı bir irəliləyiş oldumu?

- Təəssüflər olsun ki, atəşkəs rejiminin imzalanmasından 20 ildən çox vaxt keçməsinə baxmayaraq, münaqişə hələ də nizamlanmayıb. Azərbaycan ATƏT-in Minsk qrupu ölkələrindən həlledici addımların atılmasını gözləyir. Azərbaycan həmsədr olan ölkələrdən gözləyir ki, onun ərazi bütövlüyü ədalət müstəvisində, beynəlxalq hüquq çərçivəsində həll olsun. Lakin biz, hələ də belə bir yanaşmanın şahidi olmamışıq.

Bizim Minsk qrupu çərçivəsində həmsədr-ölkələrin – ABŞ, Rusiya və Fransanın – fəal iştirakı ilə təcavüzkar ölkənin konstruktiv yola istiqamətlənəcəyinə böyük gözləntilərimiz var. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından öz ordusunu geri çəkməlidir. Gözləyirik ki, bu, tezliklə baş verəcək. Belə ki, Azərbaycan dövlətinin lideri İlham Əliyev bu istiqamətdə bütün mümkün imkanlardan istifadə edir.

- ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı fikir var ki, Ceyms Uorlik erməniyönümlü mövqeyilə əlaqədar öz vəzifəsini tərk edə bilər. 

- Bu gün ABŞ-dan olan həmsədr Ceym Uorlikdir, əvvəllər başqası idi. Həmsədrlər dəyişir, nəinki Amerikadan olan, hətta Fransadan və Rusiyadan olanlar da. İstərdik ki, yalnız format və sədrlər deyil, məhz işə yanaşma tərzi də dəyişilsin. Çox istərdik ki, Azərbaycan tərəfinin Dağlıq Qarabağda erməni və azərbaycanlı icmaların görüşü ilə irəli sürülmüş təşəbbüsü dəstəklənsin.  

- Amma axı Ceyms Uorlik 9 dekabr 2015-ci il ABŞ-da separatizm rejiminin improvizə olunmuş tədbirində iştirak etib...

- Onun bu cür tədbirlərdə iştirakı bizi çox sarsıtdı. Bu gün Ermənistan torpaqlarımızı işğal edib və separatçıların Dağlıq Qarabaqda bu cür səviyyədə qarşılanması əlbəttə ki, düzgün deyil.

- 2016-cı ildə erməni və azərbaycanlı icmalarının nümayəndələri arasında Dağlıq Qarabağda hər hansı bir görüşün keçirilməsinə inanırsınızmı?

- Qeyd etdiyim ki, Azərbaycan bu cür görüşlərin keçirilməsinin tərəfdarıdır, təəsüflər olsun ki, erməni tərəfinin belə bir marağı yoxdur. Ona görə də hazırda bu cür görüşlərin keçirilməsinə ehtimal yoxdur. Lakin hesab edirik ki, bu cür görüşlər gec ya tez keçiriləcək. Və erməni tərəfi konstruktiv mövqeyini nümayiş etdirəcək. Biz buna ümid edirik, axı münaqişə sonsuza qədər uzana bilməz, nə vaxtsa bitməldir. Azərbaycanın torpaqlarını həmişəlik işğal altında saxlamaq olmaz.

Sovetlər Birliyi dövründə Azərbaycanın bir sıra torpaqları əlindən alınaraq orada Ermənistan dövləti quruldu. Müstəqil Azərbaycan heç vaxt yol verməyəcək ki, onun torpaqlarında ikinci Ermənistan dövləti qurulsun. Bunu dinc Azərbaycan sakinlərinə qarşı cinayət işlədən və torpaqlarımızı işğal edən şəxslər anlamalıdırlar.

- Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi Dağlıq Qarabağ münaqişəsinə mənfi təsir göstərə bilərmi?

- Tamamilə xeyr. Türkiyə hər zaman Azərbaycanın yanında olan qardaş ölkədir, eləcə də Azərbaycan da Türkiyə üçün. Rusiyaya gəlincə, o regionumuza güclü təsir edən ölkədir. Rusiya da Azərbaycanla yaxşı münasibətlərin olmasına maraqlı olduğu kimi, Azərbaycan da Rusiya ilə yaxşı münasibətlərin olmasına maraqlıdır.

Həmsədr ölkə kimi Rusiya münaqişənin nizamlanmasına maraqlıdır, lakin o bunun üçün həlledici addımlar atmalıdır. Rusiya Kollektiv Təhlükəsizlik haqqında Müqavilən Təşkilatı (KTMT) ölkələrinə çağırışlar edərək Qarabağ münaqişəsini həll etmək istəyən Sarkisyana düzəlişlər etməldir.  O, anlamalıdır ki, Azərbaycanın Ermənistan kimi başqa ölkələrin torparlarını zəbt etrmək kimi niyyəti yoxdur. Azərbaycan öz torpaqlarında beynəlxalq hüquqa söykənərək antiterror əməliyyatı həyata keçirmək hüququna malikdir. 

- Bu yaxınlarda Rusiyanın “Аргументы недели” qəzeti artıq 2016-cı ilin yanvarından Dağlıq Qarabağda hərbi əməliyyatların başlanmasına işarə edib.

- Azərbaycan işğal olunmuş torpqalarda antirerror əməliyyatını həyata keçirməyi istisna etmir. Müdafiə və Müdafiə Sənayesi nazirliklərinin fəaliyyətləri belə bir əməliyyatlar keçirmək üçün ölkəmizin qabiliyyətini artırır.

Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasına çağırışlar edir, istəyir ki, Ermənistan sülh yolu ilə işğal olunmuş torpaqları azad etsin. Erməni tərəfi anlamalıdır ki, münaqişənin sülh yolu ilə həllindən başqa variant yoxdur. Və bunu sözdə deyil, əməldə işğal etdikləri torpaqları azad etməklə göstərməlidir.  

Mən əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyev tezliklə münaqişənin həllinə nail olacaq.

1news.az

 

Paylaş:
1569

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər