Ötən gün qanunsuz silah-sursat aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün qanunsuz silah-sursat aşkar edilib

12:47 - Bu gün
Ötən gün qanunsuz silah-sursat aşkar edilib

Ötən gün qanunsuz silah-sursat aşkar edilib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 12 avtomat silahı, 7 tapança, 1 tüfəng, 1 patron darağı və 13 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər