Azərbaycan neftinin qiyməti yenidən 69 dolları ötüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti yenidən 69 dolları ötüb

12:31 - 04 / 10 / 2025
Azərbaycan neftinin qiyməti yenidən 69 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,7 ABŞ dolları və ya 1% artaraq 69,21 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,51 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Paylaş:
712

Son xəbərlər

Qızıl yenidən bahalaşıb

22 / 11 / 2025, 11:57
Bütün xəbərlər