İlqar Vəlizadə: Cəbhə xəttindəki gərginlik danışıqlar prosesini stimullaşdıracaq
Dağlıq Qarabağ münaqişəsinin həllində 2015-ci ilin nəticələri ürəkaçan deyil, bu gözlənilən idi”- deyə politoloq İlqar Vəlizadə qeyd edib.
“Təəssüf ki, ötən il münaqişənin tənzimlənməsi ölü nöqtədən qalxa bilmədi. Lakin ayrı-ayrı zamanlarda vəziyyətin dəyişməsi əlamətləri müşahidə olunurdu”- deyə Vəlizadə 1news.az-a müsahibəsində bildirib.
Politoloqun sözlərinə görə, bütövlükdə, müəyyən fikir ayrılıqlarının olmasına baxmayaraq, Soçi, Nyu- Port və Parisdə danışıqların keçirilməsi 2016-cı ildə də danışıqlar prosesində irəliləyiş olması imkanını nümayiş etdirir.
“ Lakin tamamilə aydındır ki, danışıqlar prosesi belə bir şəraitdə cəbhə xəttində gərginliyin artması ilə müşayiət olunacaq. Qəribə olsa da, məhz bu gərginlik danışıqlar prosesini stimullaşdıracaq”-İ. Vəlizadə deyib.
“Bunun az ya çox olacağını yalnız müqayisə ilə müəyyən etmək olar. Danışıqlar prosesində nəticənin olması mövqeyindən yanaşdıqda demək olar ki, bu göstəricələr yetərli deyil. Lakin dialoqun saxlanması nöqteyi- nəzərindən yanaşsaq bu şübhəsiz nailiyyətdir”.
Münaqişənin hazırkı mərhələsi əvvəlki illərdən onunla fərqlənir ki, indi cəbhə xəttində artileriya və ağır silahlardan istifadə olunur. Münaqişə tərəfləri arasında danışıqların sərtləşməsi insan tələfatı ilə müşayiət olunan silahlı toqquşmaların artmasına gətirib çıxardı”.
“ Atəşkəs rejimi hazırda demək olar fəaliyyət göstərmir. Belə ki, bütün gün ərzində bu rejim dəfələrlə pozulur. Onun nəinki effektivliyi, hətta faktiki olaraq varlığından danışmaq mümkün deyil”- deyə İ. Vəlizadə qeyd edib.
Politoloqun söylədiyi kimi , indi “yalnız mənəvi olaraq köhnəlmiş” sənəd var. O da Bişkek protokolu adlanır. Həmin sənəd hazırkı vəziyyəti əks etdirmir və alternativi olmadığına görə şərti aktuallığını saxlayır.
“Təəssüf ki, Azərbaycanın 1990-cı illər nümunəsinə uyğun status -kvonun saxlanılması nəinki qeyri produktiv, həm də dağıdıcı olması haqqında cağırışları lazımi nəticə verməyib ”- Vəlizadə deyib.
İ.Vəlizadə qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərin , eləcə də, xarici işlər nazirlərinin görüşünün təşkili ilə bağlı müəyyən cəhdlər edilir. Buna baxmayaraq görüşlər geniş gündəliyə malik olmur. Belə görüşlərdən biri kimi liderlərin dekabr ayında İsveçrənin Bern şəhərindəki görüşünü də qeyd etmək olar.
İlqar Vəlizadənin fikrincə, bu görüş heç nəyə baxmayaq tərəflərin mövqeyini müəyyən etmək və obyektiv vəziyyətə uyğun aktual məslələrin həlli istiqamətində zamanında keçirilən görüş kimi qiymətləndirilməlidir.
“Görüş qoşunların təmas xəttindəki hadisələrlə bağlı fikir mübadiləsi baxımından da faydalı oldu”-deyə politoloq vurğulayıb. Cəbhədəki vəziyyəti araşdırma mexanizmini yatarmaq məsələsi də müzakirə olunun mövzular içində yer alırdı.
“Lakin unutmayaq ki, məsələ sadəcə cəbhədəki hadisələri araşdırma mexanizmində deyil. Vacib məqamlardan biri də ondan ibarətdir ki, Ermənistan münaqişənin hərtərəfli həlli prosesinin mühüm elementlərindən olan- işğal etdiyi Azərbaycan ərazilərindən qoşunlarının çıxarılması prosesini məqsədli şəkildə arxa plana atır”, - deyə ,Vəlizadə bildirib.
“ Azərbaycan tərəfinə aydındır ki, Ermənistan bu mexanizm bəhanəsi ilə Azərbaycan ərazilərinin işğalını davam etdirməyə və status-kvonu dəyişməz saxlamağa cəhd edir”,- deyə, politoliq fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi 20 ildən artıq müddətdir ki davam edir. Bu müddət ərzində Ermənistan Azərbaycan ərazinin 20 faizini işğal altında saxlayıb.Azərbaycan ərazisindən erməni qoşunlarının çıxarılması haqqında hələ 1990-cı illərdə BMT-nin qəbul etdiyi qətnamələrə əməl olunmayıb və kağız üzərində qalıb.
1news.az