Azərbaycan diplomatları Litvanın azadlığını müdafiə edənlərin xatirəsini anıblar | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan diplomatları Litvanın azadlığını müdafiə edənlərin xatirəsini anıblar

04:30 - 13 / 01 / 2016
Azərbaycan diplomatları Litvanın azadlığını müdafiə edənlərin xatirəsini anıblar

Yanvarın 13-də Litvada 1991-ci il hadisələrində həlak olmuş Azadlıq Müdafiəçilərinin Anım Günü qeyd edilib. Sovet qoşunları Litva Ali Sovetinin ölkənin müstəqilliyini elan etdiyi bu gündə respublikada yeni hakimiyyəti devirməyə cəhd göstərmişdi. O vaxt Vilnüsdə 14 adam həlak olmuş, təqribən 600 nəfər yaralanmışdı.

Bu məşum tarix ilə əlaqədar “Ömür və ölüm yolu” adlı 25-ci ənənəvi beynəlxalq qaçış təşkil edilib. Qaçış növbəti dəfə təsdiq edib ki, 1991-ci yanvarın 13-də Litvanın müstəqilliyini müdafiə edərkən həlak olanlar unudulmayıb.

Doqquz kilometr məsafəyə qaçış Antakalniss məzarlığından başlayaraq teleqüllənin yanında başa çatıb. Qaçışda yerli və xarici idmançılar, habelə ABŞ, Almaniya, Estoniya, Latviya və Azərbaycanın bu ölkədəki səfirliklərinin əməkdaşları iştirak ediblər.

Bayırda 19 dərəcə şaxta olmasına baxmayaraq tədbir baş tutub.

Ənənəvi qaçış ilk dəfə 1992-ci ildə təşkil edilib.

AZƏRTAC

Paylaş:
569

Son xəbərlər

Bütün xəbərlər