Andrey Piontkovski: “Neftin qiymətinin düşməsi iqtisadi səbəblərlə yanaşı, ABŞ-ın Rusiyanı zəiflətmək siyasəti ilə də bağlıdır” | 1news.az | Xəbərlər
Siyasət

Andrey Piontkovski: “Neftin qiymətinin düşməsi iqtisadi səbəblərlə yanaşı, ABŞ-ın Rusiyanı zəiflətmək siyasəti ilə də bağlıdır”

12:54 - 13 / 01 / 2016
Andrey Piontkovski: “Neftin qiymətinin düşməsi iqtisadi səbəblərlə yanaşı, ABŞ-ın Rusiyanı zəiflətmək siyasəti ilə də bağlıdır”

1news.az-ın rusiyalı politoloq, Beynəlxalq İnformasiya Prosesləri və Texnologiyaları Akademiyasının akademiki Andrey Piontkovski ilə müsahibəsi:

- Moskva və bütün Rusiya patriarxı Kiril bu yaxınlarda verdiyi müsahibələrindən birində bəyan edib ki, Osmanlı imperiyasında xristianları heç vaxt məhv etməyiblər.

Əgər Rusiyanın Dövlət Duması yaxın zamanlarda qondarma “erməni soyqırımı”nıinkar edənlərin cəzalandırılması ilə bağlı qanunlayihəsinə təşəbbüs göstərmək niyyətindədirsə, bu bəyanatı necə başa düşmək olar?

- Bu, onu göstəricisidir ki, Moskva anlayıb ki, Türkiyə ilə münasibətlərin gələcəkdə pisləşməsi səmərəsizdir. Hərçənd ki, başqa siqnallar da var...Mütləq nöqteyi-nəzərdən deyə bilərəm ki, digər, qərəzli, “pomidorlardan ayrılmayın” kimi bəyanatlar da olacaq.

Məsələ burasındadır ki, Yaxın Şərqdə Rusiyanın əleyhinə fikirlər yayılır. Bütün ərəb telekanalları, “Əl-Cəzirə” də həmçinin dinc Suriya vətəndaşlarının Rusiya bombardmançılarının hücumlarından sonra kütləvi surətdə məhv edilmələri yayımlanır. Halbuki, Rusiyanın  İŞİD-lə heç bir əlaqəsi yoxdur. Belə bir fikir yaranır ki, Rusiya Suriyaya İŞİD-lə mübarizə aparmaqda yardımçı olmaqla deyil, əksinə, suriyalı müxalifəti məhv etmək üçün münaqişəyə qoşulub.

Xatırlayırsınızsa, Fransua Ollandın Moskva səfəri müttəfiq kimi təqdim edilmişdi. Beşinci respublikanın rəhbəri yaxın zamanlarda açıq mətnlə çıxış edərək Bəşər Əsəd və Rusiyanın hərbçilərinin iştirak etdiyi dinc sakinləri bombalamağı dayandırmağı tələb etmişdi. Ümumiyyətlə Yaxın Şərqdə çox maraqlı vəziyyət yaranıb – istər Səudiyyə Ərəbistanı, istərsə də İran ətrafında.

Rusiyanın Türkiyə hava məkanını pozan hərbçiləri ilə bağlı NATO-nun zəif münasibət göstərməsi Moskvanı sevindirdi. ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerrinin mövqeyi – bu, Amerika maraqlarının bütün istiqamətlərdə – istər İran, istərsə də Suriya təslim etməsidir. Nəticədə Yaxın Şərqdə artıq ABŞ-ı heç kəs ciddi qəbul etmir.

Moskva lovğalana bilər ki, Lavrov bütün hallarda Kerriyə qalib gəlir, lakin bu, Rusiyaya dividend gətirmir. Yaxın Şərqdə Moskvanın etdiklərini anlayanların sayı çoxalır. Səudiyyə Ərəbistanının yürütdüyü neft siyasəti də təsadüfi deyil. Moskvanın Suriyada mövqelərini möhkəmlətməkdən başqaTürkiyə ilə qarşıdurması üçün heç bir resursu yoxdur.

Suriyada aparılan təbliğat Rusiya ictimai fikrinə heç bir təsir göstərməyib. Belə ki, Türkiyəni ciddi təhlükə kimi heç kəs qəbul etmir. Rusiyada daha çox iqtisadi problemlərlə narahatdırlar. Bununla bərabər qeyd etmək istərdim ki, Rusiyanın Suriyadakı vəziyyətin gərginləşməsilə bağlı nə siyasi, nə psixoloji, nə də hərbi potensialı yoxdur.

Neft qiymətləri və rublun kursu ilə nə baş verdiyini görürük.Ancaq bu insanları narahat edir. Siyasi münasibətlərdəki bütün yeni macəralar Moskva üçün nəticəsiz olacaq.

Təsəvvür edin, əgər Türkiyə ilə müharibə başlayarsa onlar Latakiyada hərbi bazanı necə təchiz edəcəklər? Türk tankları asanlıqla Suriyaya daxil olub bu bazanı ələ keçirə bilər. O zaman nə etməli? Nüvə silahından istifadə olunmalıdır? Düşünmürəm ki, RF rəhbərliyi buna razı olsun. Yekun olaraq demək istərdim ki, mən RF ilə Türkiyə arasında real hərbi  qarşıdurmanın olacağını gözləmirəm.

- Neftin yeni qiymətlərinin formalaşmasında Səudiyyə Ərəbistanının rolundan danışmışdınız. Sizcə “qara qızıl”ın qiymətinin düşməsi siyasətlə bağlıdır, yoxsa iqtisadiyyatla?

- Dünyanın bir çox şərhçiləri qeyd edir ki, neft qiymətinə təsir edən amillər Çin və Hindistanda istehsalatın, neftə olan tələbin azalması və ABŞ-ın neft ixracı ilə bağlı qərarıdır. Bundan əlavə  müxtəlif sahələrdə texnoloji inkişaf,  sənayedə tətbiq olnacaq ölçüdə istiliknüvə enerjisinin yaranması ilə bağlı gözləntilər də buna səbəb olan amillərdəndir.

Bərpa olunan resurslardan istifadə həmçinin neft qiymətinin düşməsinə təsir edir.

Lakin bu neft ixrac edən ölkələrin, xüsusən, Rusiyanın zəifləməsi üçün  ABŞ-ın tətbiq etdiyi siyasətlə də bağlı ola bilər.    

- İran və Səudiyyə Ərəbistanı arasında qarşıdurma davam edəcəkmi?

- İran və Səudiyyə Ərəbistanı arasında qarşıdurma artıq neçə illərdir ki davam edir və aradan qalxmayacaq. Hal-  hazırda Suriyadakı qarşıdurma, Yəməndəki müharibə, Səudiyyə Ərəbistanında  dağıdıcı fəaliyyətin var olduğu dövrdə Moskvanın yüzillik müharibəyə ( məzhəblər müharibəsinə-red.) qarışması  uğursuzdur, və mənim fikrimcə, yanlış yöndədir.

Azərbaycana gəlincə, burada şiə məzhəbinə mənsub insanlar çox olsa da, etnik səbəblərə görə əhalinin əksər hissəsi, Səudiyyə Ərəbistanının mövqeyini müdafiə edən Ankaranın tərəfində olacaq.

Azərbaycanda dini düşüncələr daha az rol oynayacaq. Bununla yanaşı qeyd edə bilərik ki, müsəlman aləmində Azərbaycan ən kübar ölkə sayılır.

- Azərbaycanda son dövrlər belə fikir yaranıb ki, Qarabağ münaqişəsi ilə bağlı danışıqlar nəticəsizdir. Bu vəziyyəti necə dəyərləndirirsiniz?

- Bəzi qüvvələr Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin davam etməsində maraqlıdır. Əvvəl də dediyim kimi bu 1998-ci ildə K. Zatulin və A.Miqranyan  tərəfindən hazırlanan “ MDB: Tarixin əvvəli və sonu”  hesabatında aydın ifadə olunub. Orada qeyd olunur ki, Moskva Bakı və İrəvana təzyiq vasitəsi kimi münaqişənin davamına çalışmalıdır.  

Prinsipcə, Dağlıq Qarabağ problemi həll oluna bilər. Xatırladığınız kimi,  Ter-Petrosyan və H.Əliyev münaqişənin həllində demək olar ki razılığa gəlmişdi. Lakin Ermənistandakı hərbi çevriliş buna mane oldu.

Bu il qarabağ ətrafında vəziyyətin gərginləşəyi ehtimalından çox danışılıb. Bunun üçün əsas vardır. Belə ki, 2015-ci ildə hərbi əməliyyatların intensivliyi başqa illərə nisbətən daha yüksək olub.

1news.az

Paylaş:
1197

Son xəbərlər

Bütün xəbərlər