İlham Əliyev: Azərbaycan Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Azərbaycan Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb

Qafar Ağayev13:34 - Bu gün
İlham Əliyev: Azərbaycan Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb

Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

1news.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib.

“Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”, - dövlət başçısı vurğulayıb.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər