Araz Aslanlı: “Bütün körpüləri yandırmaq olmaz və Putin də bunu yaxşı bilir” | 1news.az | Xəbərlər
Müsahibə

Araz Aslanlı: “Bütün körpüləri yandırmaq olmaz və Putin də bunu yaxşı bilir”

20:14 - 14 / 01 / 2016
Araz Aslanlı: “Bütün körpüləri yandırmaq olmaz və Putin də bunu yaxşı bilir”

1news.az Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Türkiyə üzrə ekspert Araz Aslanlı ilə müsahibəni təqdim edir.

- Vurulan təyyarə insidentindən sonra Türkiyə və Rusiya arasında münasibətlər pisləşib. Çoxsaylı təhdidlərə baxmayaraq, Rusiya yalnız iqtisadi sanksiyalardan istifadə etdi. Qeyd etməliyik ki, onlar kifayət qədər kəskin idi. Rusiyanın bu insidentə göstərdiyi reaksiya nə qədər əsaslandırılmışdı?

- İlk növbədə qeyd etmək lazımdır ki, təyyarə insidentinə qədər də vəziyyət gərginləşməyə doğru gedirdi.Türkiyə bu hadisəyədək  Rusiyanın hərəkətlərindən narahat idi. Onda belə bir fikir formalaşmışdı ki, Rusiya onu nəzərə almadan addımlar atır. Burada söhbət Əsəd rejimini dəstəkləməkdən getmir. Problem o zaman yarandı ki, Rusiya Türkiyənin dəstəklədiyi müxalifət qüvvələrinə qarşı güc tətbiq etdi, o cümlədən, Suriya türkmənlərini bömbalayaraq davamlı Türkiyə sərhədlərini pozdu.

Məhz bu davranışlar Türkiyə maraqlarına hörmətsizlik kimi qiymətləndirildi və Rusiya qırıcısının vurulması ilə nəticələndi. Aydın idi ki, Rusiya bu hərəkəti cavabsız qoymayacaqdı. Lakin Rusiya hökumətinin reaksiyasının kəskinliyinə səbəb olan bir də o amil idi ki, Qərb bu insidenti Ərdoğanın Putini “cəzalandırması” kimi təqdim etdi.      

- Bu halda demək olarmı ki, Türkiyəyə qarşı addım atarkən Rusiya onun səssiz qalacağını gözləyir, yaxud ən azından  üzr istəyəcəyinə ümid edirdi?

- Hesab edirəm ki, Rusiya qarşı tərəfin reaksiyasını sadəcə olaraq hesablaya bilməyib. Belə ki, bu Türkiyə sərhədlərinin pozulmasında  ilk hal deyildi.

Türkiyə sərhəddi yaxınlığında yerləşən Suriya türkmənlərinin bombalanması təsadüfi yox, planlaşdırılmış hal idisə, deyə bilərik ki, Rusiya Türkiyənin belə cavab verəcəyini proqnozlaşdırmırdı. Lakin Türkiyənin bombardmaçı təyyarələri vuracağını nəzərə almaq lazım idi.

Türkiyədəki daxili vəziyyət və xarici siyasəti göstərirdi ki, o, artıq Rusiyanın hərəkətlərinə göz yummayacaq. Yeri gəlmişkən, bundan sonra Rusiya tərəfindən iqtisadiyyat, turizm, kənd təsərrüfatı, hərbi və digər sahələrlə bağlı səsləndirilən ifadələr gözlənilən idi.

Hazırda məlum deyil ki, Rusiya Türkiyə əleyhinə hərbi əməliyyatlara başlayacaq ya yox. Belə fikir var ki, öz imicini qorumaq üçün Putin bu addımı atmalıdır.

Lakin Rusiyanın bu gün təkcə Qərblə deyil, həm də postsovet ölkələri ilə problemləri olduğunu nəzərə alsaq, Putinin belə bir riskə getməsi ehtimalı azdır. Başqa sözlə desək, Rusiya indi 2008-ci ildəki kimi qlobal mövqeyə sahib olsaydı şübhəsiz, Türkiyəyə qarşı cavabında hərbi xarakterli addımlar da ola bilərdi.

Bunu önləyən digər faktor neft qiymətlərinin düşməsidir. Bu amil də Rusiyanın mövqeyinə təsir edir. Hazırkı şəraitdə Rusiya Türkiyəyə qarşı yalnız o halda hərbi əməliyyatlara başlaya bilər ki, qarşı tərəf ciddi səhvə yol versin. Məsələn: Türkiyə hərbi təyyarələri Rusiya bazası yaxınlığından uçarsa.

- Belə çıxır ki, insidentdən sonra Rusiya və Türkiyənin Yaxın Şərqdə, daha dəqiq, Suriya böhranındakı maraqlarının sərhədləri müəyyənləşdi?  

 - Bəli. Son zamanlara qədər hər iki dövlət “bir-birinin ayağına basmadan” fəaliyyət göstərməyə çalırdı. Lakin daha sonra  Rusiyanın aktivliyi və nəticədə dəfələrlə Türkiyə sərhəddinin pozulması müşahidə olundu. Türkiyənin cavabı da gecikmədi. Türkiyə öz sərhədlərini qorudu, lakin əvəzində Rusiya onun Suriyadakı fəaliyyət sahəsini məhdudlaşdırdı. Aydındır ki,  bundan sonra Rusiya Türkiyəyə Suriya daxilində aktiv fəaliyyətə izin verməyəcək. Türkiyə isə bu halda sərhədləri olan ərazidən rusları uzaqlaşdırdı.  

- “Erməni soyqırımının” Rusiyada inkarının kriminal məsuluyyəti haqqında nə deyə bilərsiniz?

- Aydındır ki, həmin fikirləri yaranan şəraitdən doğururdu. Lakin məsələnin bu yolla həlli nə Türkiyə, nə də Rusiyaya uyğun deyil. Cünki bu iki ölkənin münasibətlərinin pozulması onların başqa sahələrdə də mövqeyini zəiflədir. Rusiyanın Türkiyə əleyhinə bir sıra neqativ addımlar atmasına baxmayaraq, orada əhalinin çox hissəsi RF ilə münasibətlərinin normallaşdırılması istiqamətində çıxış edir.

- Rusiya Türkiyə ilə münasibətlərinin qırılmasında maraqlıdırmı?

Nəzərə almaq lazımdır ki, Rusiyanın Dövlət Dumasında müsəlman və türk olan deputatlar da var. Hesab edirəm ki, onlar da öz sözlərini deyəcəklər. Azərbaycan diasporası da bu məsələdən narahatdır. 

Burada iki məqamə diqqət etmək lazımdır. İlk növbədə azərbaycanlı icması üçün bu addım Ermənistan-Azərbaycan münasibətlərinin pozulması məsələsidir. Digər aspektdən isə – Azərbaycanla Türkiyə qardaş ölkələrdir.

Bundan əlavə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Bu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Rusiyanın mənfi təsir göstərməsinə səbəb ola bilər. Xatırlayın, Putin aprelin 24-də Ermənistana səfər edəndə bu, Türkiyə kimi, Azərbaycanda da mənfi reaksiya yaratdı. Bütün bu faktorlar bu cür qərarın verilməsini minimuma endirir. Belə ki, gərginlik dövlətlərarası olmaqdan daha çox şəxsi xarakter daşıdığı üçün qondarma “erməni soyqırımı”nın cinayətə salınmasını sonadək inkar etmək olmaz. 

- Bununla yanaşı, Moskva və bütün Rusiya patriaxı Kiril KİV-ə son müsahibəsi zamanı bildirib ki, Osmanlı İmperiyasında digər dinlərdən olanlar müsəlmanlar tərəfindən zülmə məruz qalmayıb. Bu, nə ilə bağlıdır? Bir tərəfdən olmayan soyqırımın inkarı ilə bağlı cinayətə cəlb edilməsini bəyan edir, digər tərəfdən də bu cür fikirlər səsləndirir. 

- Bilirsiniz, hadisədən sonra Rusiya rəhbərliyində belə bir fikir yaratmaq istədilər ki, sanki Rusiyada Türkiyəyə qarşı vahid mənfi münasibət var. Lakin Moskvada Türkiyə səfirliyi qarşısına toplaşaraq, oraya müxtəlif əşyalar atan toplaşanlar ictimaiyyət arasında belə bir fikrin olmadığını göstərdi. Mən şəxsən Türkiyədə Qarabağ, Bosniya və digər məsələrlə bağlı aksiyaların şahidi olmuşam. Orada 50, 100, 200 min nəfər etirazçı toplanırdı. Bunu etiraz aksiyası adlandırmaq olar. Səfirlik qarşısında isə bir neçə min nəfər toplanmışdı ki, onlara da binanın pəncərələrini sındırmağa imkan yaraılmışdı. Bu da onu göstərir ki, Rusiya ictimaiyyəti mənfi tərəfə köklənməyib.

Başqa sözlə, dövlət cəmiyyət arasında antitürk əhval-ruhiyyəsi yatarmaq istədi, bu da alınmadı. Bir müddət sonra Kreml anladı ki, “Şimali Koreya” xarakterli həmrəylik cəmiyyət tərəfindən ciddi qəbul edilmir. Beləliklə, partiarx Kirilin bəyanatı nəinki Türkiyə, eləcə də Rusiya üçün əlverişlidir. Çünki gələcəkdə iki ölkə arasında birləşmək və rəqabətə son qoymaq kimi razılıq təhlükəsi yarana bilər. Məntiqli olar ki, bütün körpüləri yandırmaq olmaz, bunu Putin çox aydın bilir.

- Yeri gəlmişkən, bu şəkildə Tatarıstanın mövqeyi  maraqlıdır. Əgər Rusiya üçün Türkiyə iqtisadi partnyorluq baxımından beşinci ölkə hesab edilirsə, o zaman Tatarıstan üçün vacib partnyor sayılır. Buna görə də Tatarıstan ictimaiyyəti yaranmış hadisə ilə bağlı narahatlığını bəyan edib. Necə düşünürsünüz, Tatarıstan Rusiyanın növbəti addımına səmərəli mövqe göstərə biləcəkmi?

- Tatarıstan prezidenti türkləri qardaş xalq adlandıraraq bəyan edib ki, Rusiya ilə Türkiyə arasında münasibətləri normallaşdıracaq. Əgər Rüstəm Minnixanov sadəcə olaraq desəydi ki, Rusiya ilə Türkiyə dost ölkələrdir, bu, adi fikir kimi xarakterizə olunardı. Lakin Tatarısan prezidenti türklər və tatarların qardaş ölkə olmalarını xüsusi vurğulayıb. Başqa sözlə, bu fikir Rusiya ilə Türkiyə münasibətlərinə müsbət təsir göstərə bilər.

- Hazırki konteksdə Ermənistan-Azərbaycan münaqişəsinə toxunmamaq olmaz. Necə düşünürsününz, Rusiya ilə Türkiyə arasındakı gərginlik istər qısamüddətli, istərsə də uzunmüddətli perspektivdə buna təsir edə bilərmi?

- Qeyd etmək lazımdır ki, Ermənistan Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinə, Azərbaycan isə yaxşılaşmasında maraqlıdır. Rusiya ilə Türkiyə münasibətlərinin yaxınlaşmasından erməni rəhbərliyi narahat idi. Belə ki, onlar düşünürdü ki, Rusiya dövləti qlobal maraqları üçün regional maraqlarını zəiflədə bilər. Buna görə də Ermənistan Rusiya-Türkiyə münasibətlərinin gələcəkdə də  mürəkkəbləşməsində maraqlıdır. Bu baxımdan bu iki nəhəng dövlət arasında münasibətlərin yaxşılaşdırılması eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nöqteyi-nəzərindən də əlverişlidir.

1news.az

Paylaş:
2744

Son xəbərlər

Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17
Bütün xəbərlər