ABŞ-nin hücumları davam edir: “4 narko-terrorçu məhv edildi” | 1news.az | Xəbərlər
Dünya

ABŞ-nin hücumları davam edir: “4 narko-terrorçu məhv edildi”

Qafar Ağayev10:06 - Bu gün
ABŞ-nin hücumları davam edir: “4 narko-terrorçu məhv edildi”

ABŞ-nin Karib dənizi və Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən qayıqlara qarşı həyata keçirdiyi əməliyyatlara daha biri əlavə edilib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Cənub Komandanlığının (SOUTHCOM) açıqlamasında narkotik qaçaqmalçılığı ilə mübarizə məqsədilə icra olunan “Cənub Mizrağı” (Southern Spear) əməliyyatı çərçivəsində “terror təşkilatı” kimi tanınan bir qrupa məxsus qayığa beynəlxalq sularda ölümcül zərbə endirildiyi bildirilib.

Məlumata görə, hədəfə alınan qayıq narkotik daşıyırdı və Şərqi Sakit okeandakı tanınmış qaçaqmalçılıq marşrutu boyunca hərəkət edirdi. Açıqlamada “Qayıqda olan dörd nəfər narko-terrorçu məhv edilib”, – deyə qeyd olunub.

SOUTHCOM-un yaydığı görüntülərdə yüksək sürətlə hərəkət edən qayığın hava zərbəsi ilə tamamilə məhv edildiyi görünür.

Paylaş:
39

Son xəbərlər

Bütün xəbərlər