Süni İntellekt dövründə məlumatların saxlanılması üçün korporativ həllər
Bu həftə Bakıda “Lenovo Day” texnologiya konfransı keçirilib.
Konfrans süni intellektin (Sİ) tətbiqində müasir məsələlərə, Avropa və Azərbaycanda İT bazarının inkişaf tendensiyalarına, eləcə də Sİ-nin hesablama resurslarına və quraşdırılmış “ransomware” qorumasına malik məlumat saxlama sistemlərinə artan tələbat fonunda bizneslər üçün rəqəmsallaşdırma layihələri ilə əlaqəli aktual infrastruktur və servis həllərinə həsr olunub. Konfransın müzakirə proqramına aparıcı beynəlxalq təchizatçılar olan “Lenovo”, “Microsoft”, “Veeam” və “Nutanix”in mütəxəssislərinin, sənaye ekspertlərinin təqdimatları və Orta Asiya regionundakı biznes nümayəndələrinin parlaq misalları daxil idi.
EMEA regionunda “Lenovo Infrastructure Solutions Group” məlumat saxlama sistemlərinin satışı üzrə direktor Marko Pozzoni öz çıxışında şirkətin məlumat saxlama həlləri portfelinə etdiyi ən son böyük yeniləmə haqqında danışdı, eləcə də istifadə olunan və emal olunan məlumatların sayının artdığı dövrdə təşkilatların əsas ehtiyaclarını qeyd etdi. Biz ona bir neçə əlavə sual verdik.
- Bu il “Lenovo” şirkət tarixində məlumat saxlama həlləri portfelinə edilən ən böyük yeniləməni elan etdi. Bu miqyaslı transformasiya nəyə əsaslanırdı?
- Biz süni intellekt dövrünə inamla addımlayırıq, burada korporativ İT mühitləri məlumatların modernləşdirilməsi tələblərini ödəmək və real vaxt analitikasına çıxışı təmin etmək üçün transformasiya edilməlidir. Məlumat saxlama sistemləri sahəsində “Lenovo”nun ən son həlləri məhz bu yeni dövr üçün hazırlanıb – onlar təkmilləşdirilmiş effektivliyi, maksimal səmərəliliyi və davamlı miqyaslanmanı təmin edir. Bu həllər sayəsində şirkətlər vaxtla sınanmış və etibarlı “Lenovo ThinkSystem” və “ThinkAgile” infrastruktur bazasında intensiv Sİ hesablamaları və məlumatların emalı üzrə iş yükünü tərəddüdsüz idarə edə bilərlər.
- Şirkətlər Sİ layihələrinin istifadəyə hazır edilməsi və miqyaslandırılması zamanı hansı çətinliklərlə üzləşirlər?
- “Lenovo”nun sifarişi ilə Avropa, Yaxın Şərq və Afrika (EMEA) şirkətləri arasında keçirilən IDC tədqiqatına əsasən, məlumatların suverenliyi, yerli qanunvericiliyin tələblərinə uyğunluq və məlumatların keyfiyyəti süni intellekt texnologiyalarının tətbiqi layihələrində əsas uğur amilləri hesab edilir. Bununla belə, respondentlərin əksəriyyəti qeyd edib ki, məlumatların keyfiyyəti Sİ layihələrinin miqyaslandırılması yolunda əhəmiyyətli bir maneə olaraq qalır. Bizim həllər portfelimiz bütün bu çağırışlara birbaşa cavab verir və bizneslərə məlumatlarından maksimum fayda çıxarmağa kömək edən Sİ-yə optimallaşdırılmış saxlama sistemləri təklif edir.
- Məlumat saxlama həlləri üzrə portfeliniz Sİ-nin istifadəsi ilə əlaqəli hansı əsas ssenariləri dəstəkləyir?
- Həllərimiz, nəticəçıxarma və RAG-ssenarilərdən tutmuş korporativ modellərin həssas sazlanmasınadək biznesdə süni intellektin geniş tətbiqi üçün hazırlanıb. Onların arxitekturası müxtəlif vacib iş yüklərini, misal üçün, korporativ tətbiqləri və məlumat bazalarını, hibrid buludu, virtuallaşdırmanı, ehtiyat kopiyalamanı və arxivləşdirməni davamlı şəkildə və eyni vaxtda dəstəkləməyə qadirdir. Nəticədə, bizneslər Sİ sahəsində müasir təşəbbüsləri və bütün müəssisə səviyyəsində məlumatların hərtərəfli modernləşdirilməsini həyata keçirmək üçün ideal olan universal bir platforma əldə edirlər.
- Elan edilmiş portfeldə hər hansı innovasiyalar varmı?
- Biz Si-nin tətbiqi üzrə korporativ ssenarilər, virtuallaşdırma və dayanıqlı inkişaf üçün təkmilləşdirilmiş effektivliyə və sürətləndirilmiş hesablamaya mailk 21 yeni “ThinkSystem” və “ThinkAgile” modelini təqdim etdik. Yenilənmiş məlumat saxlama sistemləri portfeli aktual innovasiyalar təklif edir, bunların arasında istifadəyə hazır AI Starter Kits infrastruktur dəstləri, sənayenin ilk maye ilə soyudulan hiperkonvergent sistemləri, hibrid bulud həlləri və virtuallaşdırma həlləri yer alır. Hamısı asanlıqla istifadəyə hazır edilmə, sürətləndirilmiş nəticəçıxarma, iş yükünün konsolidasiyası və ümumi mülkiyyət xərclərinin azaldılması üçün dizayn edilib.
- AI Starter Kit nədir?
- AI Starter Kit, Sİ analitikasından tutmuş axtarış və məlumatların yaradılmasınadək Sİ-nin korporativ infrastruktura qısa müddətdə tətbiqi üçün hazır dəstlərdir. Buraya hesablama resursları, məlumat saxlama sistemləri, qrafik sürətləndiricilər və şəbəkə infrastrukturu olan təsdiqlənmiş konfiqurasiyalar, “ransomware” aşkarlanması üçün nəzərdə tutulan avtonom Sİ sistemləri, məlumatların şifrləməsi və maksimal xəta tolerantlığı üçün avtomatik keçirilməyə malik sinxron replikasiya alətləri daxildir.
Bu sınanmış, asanlıqla istifadəyə hazır edilən texnologiya aləti riskləri minimuma endirməyə, biznes nəticələrinin əldə edilməsini sürətləndirməyə və real istifadə ssenarilərində davamlı səmərəliliyi təmin etməyə imkan yaradır, eyni zamanda İT komandalarına Sİ layihələrini tərəddüdsüz inkişaf etdirmək üçün dəqiq və miqyaslanan bir yol təqdim edir.
- Maye ilə soyudulan “GPT-in-a-Box” məhsul seriyanız haqqında bizə daha ətraflı məlumat verə bilərsinizmi?
- Bu, “ThinkAgile HX” seriyasının bir hissəsi olan sənayenin ilk maye ilə soyudulan hiperkonvergent həllidir. Buraya paylanmış İT mühitlərində Sİ tətbiqlərini səmərəli şəkildə işa salmağa imkan verən, əvvəlki nəsillərlə müqayisədə 25%-dək enerji qənaətini və investisiyaların sürətli qaytarılmasını təmin edən generativ Sİ-nin tamdəyərli infrastrukturu daxildir.
- Həllər portfelinizə hansı təhlükəsizlik və xəta tolerantlığı xüsusiyyətləri daxildir?
- “Lenovo”nun yeni nəsil “ThinkSystem” və “ThinkAgile” həlləri inteqrasiya olunmuş məlumat təhlükəsizliyi və xəta tolerantlığı xüsusiyyətləri ilə hazırlanıb: “SnapShot”-ların icazəsiz dəyişdirilməsindən müdafiə, proqram təminatı səviyyəsində şifrləmə, Sİ əsasında işləyən avtonom “ransomware” müdafiəsi. “ThinkSystem” DG və DM məlumat saxlama sistemləri həmçinin təhdidləri proaktiv şəkildə müəyyən etmək və kiberhücumlara qarşı dayanıqlığı artırmaq üçün Sİ-dən istifadə edirlər. Bütün hesablama və məlumat saxlama infrastrukturu “Lenovo XClarity” proqram platforması üzrərindən idarə olunur, hansı ki mərkəzləşdirilmiş idarəetməni, nəzarəti və resursların monitorinqini təmin edir.
Reklam hüququnda








