İsa Həbibbəyli: Sovet rəhbərliyi Akademik Yusif Məmmədəliyevin Nobel mükafatına layiq görülməsinin qarşısını alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İsa Həbibbəyli: Sovet rəhbərliyi Akademik Yusif Məmmədəliyevin Nobel mükafatına layiq görülməsinin qarşısını alıb

Qafar Ağayev09:46 - Bu gün
İsa Həbibbəyli: Sovet rəhbərliyi Akademik Yusif Məmmədəliyevin Nobel mükafatına layiq görülməsinin qarşısını alıb

Həm akademik Yusif Məmmədəliyevin, həm də akademik Mustafa Topçubaşovun elmi nailiyyətləri həmin dövrdə Nobel mükafatına namizəd kimi irəli sürülsə də, sovet rəhbərliyinin bu mükafata soyuq münasibəti bunun qarşısını alıb.

1news.az xəbər verir ki, bu fikirləri akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfransda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib.

AMEA prezidenti bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə dünyaşöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinin qeyd edilməsi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, dövlətimizin elm siyasəti və qayğısının nəticəsidir. Bu gün Azərbaycan alimləri öz yaradıcı fəaliyyətləri ilə ölkəmizin inkişafına töhfə verirlər. Dövlət başçısı Azərbaycan elminə, alimlərinə, onun tarixi şəxsiyyətlərinin irsinə, elmi nəsillərin yetişdirilməsi ənənəsinin davam etdirilməsinə daim diqqət göstərir.

“Yusif Məmmədəliyev Azərbaycanın elm tarixinə neft kimya məktəbinin banisi olaraq düşüb. Yusif Məmmədəliyev ilk dəfə neft qazlarının xlorlaşması, alınan halogenli birləşmələrin müxtəlif sahələrdə istifadəsi, halogenləşmə prosesləri ilə bağlı mühüm tədqiqatlar aparıb. Yüksək oktanlı aviasiya yanacağını kəşf edib ki, bu da SSRİ-nin İkinci Dünya müharibəsində qələbə əldə etməsində tarixi rol oynayıb. Həmçinin neft kimyası və neft emalında alkilləşmə ilə bağlı mühüm elmi nailiyyətlər əldə etmişdir. Bundan əlavə, Yusif Məmmədəliyev Naftalan neftinin sirlərini açmış, onun mahiyyətini elmi əsaslarla işləmişdir ki, insanlarımız bu gün də görkəmli alimimizin nailiyyəti əsasında Naftalan Sağlamlıq Mərkəzində müalicə olunurlar”, - deyə AMEA rəhbəri vurğulayıb.

Akademik Yusif Məmmədəliyevin ölkəmizdə humanitar və ictimai elmlərin, Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin, mədəniyyətinin də inkişafında müstəsna xidmətləri olduğunu qeyd edən akademik İsa Həbibbəyli görkəmli alimin AMEA-nın prezidenti olarkən kimi daim bu sahələrdə tədqiqatların aparılması və genişləndirilməsinə rəhbərlik etdiyini diqqətə çatdırıb.

Paylaş:
41

Son xəbərlər

Bütün xəbərlər