Avropalı nazirlər miqrant böhranının həlli yollarını müzakirə ediblər | 1news.az | Xəbərlər
Dünya

Avropalı nazirlər miqrant böhranının həlli yollarını müzakirə ediblər

23:28 - 25 / 01 / 2016
Avropalı nazirlər miqrant böhranının həlli yollarını müzakirə ediblər

Avropa İttifaqı (Aİ) ölkələrinin daxili işlər, ədliyyə və miqrasiya üzrə nazirləri Amsterdamda qeyri-formal toplantıda miqrant böhranının həlli yolları, Şengen sisteminin üzləşdiyi təhlükələr və bu kimi digər mövzuları müzakirə etmək üçün bir araya gəliblər.

Son bir neçə ayda Avropaya miqrant axınının artması, rəsmi məlumatlara görə, qışın sərt şaxtasına və kəskin hava şəraitinə baxmayaraq hər gün iki minə yaxın sığınacaq axtaranın Avropaya daxil olması və Şengen sazişinin tətbiqi ilə bağlı köhnə qitənin ölkələri arasında fikir ayrılığının olması belə bir tədbirin keçirilməsini zəruri edib.

Toplantıya qatılan Almaniyanın daxili işlər naziri Tomas de Maiziere tədbirin hansı nəticələr verəcəyinin növbəti həftələrdə məlum olacağını bildirib. O deyib:

“Şengen sistemini saxlamaq istəyirik. Problemin həlli üçün vahid Avropa yanaşmasını təmin etməyə çalışırıq, lakin vaxt sürətlə keçir, təcili nəticə əldə etmək zəruridir”.

Avropa Komissiyasının vətəndaşlıq, miqrasiya və daxili işlər komissarı Dimitris Avramopoulos Aİ-nin Avropa inteqrasiya layihəsinin ən mühüm nailiyyəti olan Şengenin saxlanılması üçün bütün mümkün yolları nəzərdən keçirəcəyini diqqətə çatdırıb. O bildirib ki, bütün avropalılar bunu istəyir.

İtaliyanın daxili işlər naziri Ancelino Alfano isə tədbir öncəsi fikirlərini bölüşərək deyib:

“İnanıram ki, Avropa bu qarışıq vəziyyətdə daha ehtiyatlı və səbirli davranmalıdır. Həlledici məqamlarda davam etmək və ya geridə durmaq qərarını vermək çətindir. Avropanın bu mürəkkəb vəziyyətlə necə üzləşəcəyini görəcəyik. Qitəyə inteqrasiya layihəsini daha da gücləndirmək üçün hələ də şansımız var. Şengen sistemi ilə bağlı İtaliyanın mövqeyi aydındır: Aİ-nin xarici sərhədlərinə nəzarət güclənməlidir. Bu yolla azad hərəkətin daha təhlükəsiz şəkildə təmin olunmasına nail olmaq mümkündür”.

A.Alfano tədbirlə bağlı məlumat verərkən vurğulayıb ki, əvvəllər heç vaxt tətbiq olunmayan Şengen sazişinin 26-cı maddəsinin də gündəmə gətirilməsi nəzərdə tutulub. Bu maddə iki il müddətinə üzv ölkənin daxili sərhədlərinə nəzarəti gücləndirməsini nəzərdə tutur. Ekspertlər müvafiq addımın atılmasına Aİ-nin hələ hazır olmadığını bildirirlər.

AZƏRTAC 

Paylaş:
747

Son xəbərlər

Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17
Bütün xəbərlər