Bakıda mağazanın damı çökdü, iki nəfər xəsarət aldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mağazanın damı çökdü, iki nəfər xəsarət aldı

17:14 - 27 / 01 / 2016
Bakıda mağazanın damı çökdü, iki nəfər xəsarət aldı

Bakıda qar təmizləmək üçün dama çıxan iki nəfər xəsarət alıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən Suraxanı rayonunun Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakinləri Elşad Abdullayev və Bəhruz Abdullayev istifadə olunmayan mağazanın dam örtüyünü qardan təmizləyərkən dam çöküb. Nəticədə xəsarət alan E.Abdullayev və B.Abdullayev xəstəxanaya yerləşdiriliblər.

1news.az

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər