ANS serialda işlədilən senzuradan kənar sözlərlə bağlı MTRŞ-nin tənqidinə cavab verib | 1news.az | Xəbərlər
Cəmiyyət

ANS serialda işlədilən senzuradan kənar sözlərlə bağlı MTRŞ-nin tənqidinə cavab verib

14:51 - 28 / 01 / 2016
ANS serialda işlədilən senzuradan kənar sözlərlə bağlı MTRŞ-nin tənqidinə cavab verib

ANS telekanalı  “Qanlı yanvar “ filmində istifadə olunan qeyri-etik və senzuradan kənar sözlərin istifadəsi haqqında  Milli Televiziya və Radio Şurasının ( MTRŞ) tənqidinə münasibət bildirib.

Xatırladaq ki, “Qanlı Yanvar” filmi 20 yanvar tarixində ANS efirində nümayiş olunub.

Sosial şəbəkə istifadəçiləri filmi kəskin tənqid edərək faktları təhrif etdiyinə və şəhidləri,Azərbaycan xalqını təhqir etdiyinə görə filmi baukot etməyə çağırıb. Bəzilərinin tənqidinə səbəb oldur ki, film söyüşlə doludur, ona görə də ailəvi izləməyə uyğun deyil.

Filmdə səsləndirilən dialoqlar həqiqətən də uşaqlara uyğun deyil. Məsələn :

- Gəl,bl*d !

- Ay oğ*aş!

- Ayağa qalx bl*d !

- Oğ*aş burnumu sındırdı

- Sənin ananı... qalx ayağa bl*d !

-Kim atəş açdı? Sən idin, bl*d !

1news.az-a müsahibəsi zamanı MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov bildirib ki, Vahid Mustafayevin çəkdiyi “Qanlı Yanvar” filmində Milli Şuranın Monitorinq qrupu bir çox pozuntu halları qeydə alıb.

MTRŞ tərəfindən səsləndirilən tənqidi şərh edən ANS şirkəti prezidentinin mətbuat məsələləri üzrə məsləhətçisi Mais Məmmədov qeyd edib ki, “ANS və MTRŞ arasında münasibətlər o qədər də xoş deyil”.

Onun sözlərinə görə, filmin ünvanına səsləndirilən tənqidlər əsassızdır.

“Onlar hər zaman hansısa bir səhv axtarır. Sabah da başqa nə isə deyəcəklər.Yəni hər dəfə biz onlara cavab verməliyik? Nə üçün bunu edirlər, telekanal onlara nə edib?” – M.Məmmədov soruşur.

MTRŞ-nin monitorinq qrupu tərəfindən “Qanlı Yanvar “ filmində istifadə olunan qeyri-etik və vulqar sözlərlə bağlı tənqid haqqında M. Məmmədov bildirib ki, bu ittihamlara cavab vermək niyyətində deyil.

Onun sözlərinə görə, bu cür sözlər kino, teatr və ədəbiyyatda istifadə olunur.

“Bəs bu adam kimdir? Şair, yazıçı, hüquqşünasdır ki, ANS-i tənqid etsin? Mən belə bir adam tanımıram”, - M.Məmmədov dedi.

M.Məmmədov bildirdi ki, heç kəs müxtəlif beynəlxalq festivallarda nümayiş olunacaq filmə görə “çox sağ ol” deməyib. 

“Çox sağ ol” deyərdiniz ki, məhz bu film sayəsində 20 Yanvar faciəsi haqda Kanadada, Braziliyada, Avropanın bir çox ölkələrində məlumət əldə ediblər”, - deyərək, heç də filmdə istifadə olunan senzuradan kənar sözlərə görə təəssüf etmədi. Belə ki, həmin film gecə deyil, məhz uşaqların televizor qarşısında əyləşdiyi vaxt göstərilir.

“MTRŞ bizi cərimə etmədən əvvəl seminarlar təşkil etsin, xaricdən Azərbaycana məşhur jurnalistlər dəvət etsin ki, televiziyanın inişafında xidmətləri olsun”, - o, dedi. 

Qeyd edək ki, MTRŞ bu yaxınlarda ANS telekanalında “Hesabat” analitik-indormasiya verilişinin yayımlanmasını bir aylığına dayandırdı.

“Verilişin yayımlanması yol verilmiş nöqsanlar, dəlillərin ədalətli göstərilməməsi səbəbindən dayandırılıb”, - MTRŞ-nın məlumatında bildirlir.

Nəticədə ANS telekanalında yayımlanan “Hesabat” analitik-indormasiya verilişinin bağlanması haqda qərar müvəqqəti olaraq dayandırılıb.  

Daha əvvəl isə, MTRŞ tərəfindən ANS telekanalına  qarşı külli miqdarda cərimə etməklə bağlı qərar edilmişdi. Bu da həmin qərarlardan bəzisi ilə bağlı ANS-lə məhkəmə prosesi zamanı mübahisələrə səbəb olmuşdu. 

1news.az

 

Paylaş:
1133

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər