İsmayıllı və Saatlı rayonlarının daha iki kəndinə təbii qaz verilib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yanvarın 28-də İsmayıllı və Saatlı rayonlarının daha 2 kəndinə təbii qaz verilib.
1news.az-ın məlumatına görə, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İsmayıllı rayonunda keçirilmiş tədbirdə bildirilibr ki, 243 abonenti olan Qurbanəfəndi kəndinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 12455 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Həmin gün Saatlı rayonunun Xanlarkənd kəndinə də təbii qazın verilişi bərpa edilib. Bu münasibətlə keçirilmiş mərasimdə qeyd olunub ki, 335 abonentlik kəndin qaz təchizatının bərpası məqsədi ilə 19285 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
1news.az