Yeni Lexus LX artıq Bakı küçələrindədir - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yeni Lexus LX artıq Bakı küçələrindədir - FOTO

16:23 - 28 / 01 / 2016
Yeni Lexus LX artıq Bakı küçələrindədir - FOTO

Azərbaycanın avtomobil seqmentində yolsuzluq avtomobilləri hər zaman xüsusi məşhur olub.

Həm komfortuna, həm də texniki keyfiyyətlərinə görə SUV-lər müştərilərin ən çox seçdiyi avtomobillərdən biridir. Belə ki, lüks yolsuzluq avtomobili Lexus LX təqdimatından keçən iki ay ərzində dərhal populyarlıq qazanmağa müvəffəq olub.

Yenilənmiş eksteryeri və interyeri ilə öz seqmentindəki rəqiblərinə ilk gündən meydan oxuyan premium SUV-yə artıq Bakı küçələrində tez-tez rast gəlmək mümkündür.

Yaponiyanın premium avtomobil brendi Lexus-un flaqman SUV-si olan LX aqressiv dizaynı ilə dərhal diqqəti öz üzərinə çəkir. Futuristik görünüşə malik yeni LX-in komfortlu salonu 8 nəfərlikdir. Avtomobil güclü V8 mühərrik və aparıcı 4-təkər sistemi ilə təchiz olunub. Yan cizgilər, cəlbedici dizaynda təqdim olunan və xromla haşiyələnən ön qəfəs sayəsində avtomobilin gövdəsi indi daha dəbdəbəlidir. Nəfis interyer və interfeys isə tam komfort və ideal erqonomika vəd edir.

Salonun texniki üstünlükləri avtomobilin proqressiv xarici görünüşü ilə uzlaşır. İnteryerin intellektual idarəetmə sistemi daha da təkmilləşdirildiyi üçün sərnişinlər tam komfortla əhatə olunur. Sürücü oturacağını 14, digər oturacaqları isə 12 mövqedə tənzimləmək imkanı var. 4 zonalı kondisioner sistemi, qızdırılan oturacaqlar və sükan çənbəri, geniş seçim təklif edən yüksək keyfiyyətli səs sistemi, 11.6 düymlük HD ekrandan ibarət arxa oturacaqlar üçün əyləncə sistemi və s. kimi özəlliklər premium SUV seqmentində Lexus LX-in unikallığını artırır.

Yeni Lexus LX güclü V8 mühərriki ilə hər yol və yolsuzluq şəraitində yüksək manevr qabiliyyətini qoruyub saxlayır. 8 pilləli avtomat sürət qutusu ilə təchiz olunmuş avtomobil 367 at gücündədir.

Təkmilləşdirilmiş Adaptiv Dəyişkən Asqı 4 təkərli idarəyə nəzarət sistemi ilə optimal sürüş komfortunu və mükəmməl yol performansını təmin edir. Yeni Drive Mode Select– idarəetmə rejim seçimi Normal, Eco, Comfort, Sport və Sport S+ sürüş rejimləri arasında seçim etməyə şərait yaradır. LX-in ötürücülük gücü, idarəsi və kondisioner sisteminə vahid nəzarət sistemi avtomobilin həm ekoloji effektivliyini, həm də dinamikliyini maksimuma çatdırır.

Lexus LX-in yenilənmiş müasir passiv təhlükəsizlik sistemi də (10 hava yastığı, ön oturacaqların zərbədən qorunması və s.) bu nəhəngin yüksək texniki göstəricilərinə əlavə üstünlükqazandırır.

Paylaş:
787

Son xəbərlər

Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42
Bütün xəbərlər