Bakı və Gəncə şəhərlərində “Gəncliyin səsi” adlı festival keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı və Gəncə şəhərlərində “Gəncliyin səsi” adlı festival keçiriləcək

18:16 - 28 / 01 / 2016
Bakı və Gəncə şəhərlərində “Gəncliyin səsi” adlı festival keçiriləcək

Bu il 1-5 fevral tarixində Bakı və Gəncə şəhərlərində “Gəncliyin səsi” adlı festival keçiriləcək.

1news.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutacaq festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.

Festivalda mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin, foto və rəsm sərgilərinin, tamaşa və film nümayişlərinin təşkili nəzərdə tutulur.

1news.az

 

Paylaş:
794

Son xəbərlər

Bütün xəbərlər