Gürcüstandan Azərbaycana diri heyvan və heyvan mənşəli məhsulların idxalı qadağan edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcüstandan Azərbaycana diri heyvan və heyvan mənşəli məhsulların idxalı qadağan edildi

21:13 - 28 / 01 / 2016
Gürcüstandan Azərbaycana diri heyvan və heyvan mənşəli məhsulların idxalı qadağan edildi

Yanvarın 29-dan etibarən Gürcüstandan Azərbaycana diri heyvan və heyvan mənşəli məhsulların idxalı rəsmən müvəqqəti qadağan ediləcək.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarət Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib.

Qadağanın səbəbi Gürcüstanda xırda və iribuynuzlu mal-qara arasında Göydil virusunun yayılmasıdır. Artıq bununla bağlı Dövlət Baytarlıq Nəzarət Xidmətində məlumat var, sabah da Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından rəsmi məlumat daxil olacaq.

Bununla əlaqədar sabah Dövlət Baytar Müfəttişinin əmri ilə Gürcüstandan diri heyvan və heyvan mənşəli məhsulların idxalına rəsmən müvəqqəti qadağa qoyulacaq və bununla bağlı Azərbaycanın müvafiq dövlət qurumları məlumatlandırılacaq.

1news.az

 

Paylaş:
767

Son xəbərlər

Bütün xəbərlər