Azərbaycanın Polşadakı səfiri Varşava universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
Azərbaycanın Polşadakı səfirliyində səfir Həsən Həsənov Varşava universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Bu barədə 1news.az-a səfirlikdən məlumat verilib.
Görüşdə səfir Azərbaycan-Polşa əlaqələrinin tarixi və hazırkı vəziyyətindən bəhs edib, 2015-ci ildə Azərbaycanın Polşadakı səfirliyinin fəaliyyəti haqqında məlumat verib. O, tələbələri cari il üçün qarşıda duran vəzifələr, o cümlədən fevral ayında Xocalı soyqırımı ilə bağlı səfirlik tərəfindən təşkil olunacaq tədbir barədə məlumatlandırıb.
Səfir tələbələri Azərbaycanın tarixi hadisələrinin, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin və ölkəmizin mövqeyinin Polşa ictimaiyyətinə düzgün çatdırılması istiqamətində səyləri əsirgəməməyə və fəallıq nümayiş etdirməyə çağırıb.
1news.az