Azərbaycanda bələdiyyələrin səlahiyyəti genişlənə bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bələdiyyələrin səlahiyyəti genişlənə bilər

13:46 - 29 / 01 / 2016
Azərbaycanda bələdiyyələrin səlahiyyəti genişlənə bilər

Azərbaycanın yerli özünüidarə orqanlarına yeni səlahiyyətlər verilə bilər.

1news.az xəbər verir ki, bu haqda Milli Məclisin regional məsələlər üzrə komitəsinin sədri Arif Rəhimzadə bildirib.

O, xatırladıb ki, 2015-ci ildən ölkə qanunvericiliyində bələdiyyələrə vergi və digər daxilolmaların nağdsız həyata keşirilməsi təcrübəsi öz əksini tapıb.

“Qanunvericilikdə bu məsələ nəzərə alınsa da, təcrübədə onun həyata keçirilməsi müəyyən çətinliklərlə qarşılaşır. Bu məsələ ilə bağlı iş aparılır və təkliflər hazırlanır”, - A.Rəhimzadə qeyd edib.

Parlament komitəsinin sədri bildirib ki, yeni təşəbbüslər bələdiyyələrin vergi ödəyicilərinə təsir mexanizminin formalaşdırılmasına yönəlib.

“Biz bu məsələ ətrafında düşünürük”, -Ə.Rəhimzadə deyib.

Bununla yanaşı o qeyd edib ki, bələdiyyə nəzdində olan torpaqların tender keçirmədən mövsümi arendaya verilməsi məsələsi də müzakirə olunur.

1news.az

Paylaş:
641

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər