Baş Prokurorluq kütləvi informasiya vasitələrinin rəhbərlərinə xəbərdarlıq etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq kütləvi informasiya vasitələrinin rəhbərlərinə xəbərdarlıq etdi

15:45 - 29 / 01 / 2016
Baş Prokurorluq kütləvi informasiya vasitələrinin rəhbərlərinə xəbərdarlıq etdi

Azərbaycan Mətbuat Şurası tərəfindən cari ilin yanvar ayında bəzi internet informasiya resurslarında aparılmış monitorinqin nəticələri barədə materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Bu barədə 1news.az-a qurumun mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, bir sıra internet saytlarında “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci maddələrinin tələbləri kobud surətdə pozularaq cari ilin yanvar ayında respublikanın müxtəlif bölgələrində ayrı-ayrı şəxslər tərəfindən təşkil edilməklə keçirilmiş aksiyaların ölkədə guya sosial-iqtisadi vəziyyətin pisləşməsi, əhalinin mövcud vəziyyətdən narazı olması kimi qiymətləndirilməsi, eləcə də həmin aksiyalarla əlaqədar heç bir dəqiqləşdirmə aparılmadan və dövlət orqanlarının rəsmi mövqeyi öyrənilmədən açıq şəkildə təhrikedici mövqe nümayiş etdirilməklə məlumatlar yayımlanıb.

Bəzi hallarda həmin məlumatlarda aksiyaların Bakı şəhərində və respublikanın digər bölgələrində növbəti keçirilmə vaxtları elan edilib, vətəndaşları kütləvi iğtişaşlara təhrik etməyə cəhdlər göstərilib, ayrı-ayrı vəzifəli şəxslər ağır cinayətlərdə ittiham edilib, həmçinin müxtəlif dövlət strukturları və onların rəhbərləri haqqında həqiqətə uyğun olmayan və böhtan xarakterli informasiyalar yayılıb.

Göstərilənlərlə əlaqədar Müstəqil İnformasiya Agentliyi (Mia.az), Jurnalist Araşdırma Mərkəzi (JAM.az) və “Qaynar-media” MMC-nin rəhbərləri Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq olaraq reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

1news.az

Paylaş:
592

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər